среда, 10 мая 2023 г.

Ulu öndərin 100 illiyi

 Azərbaycan xalqı bu gün  ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir. 

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Xalqımız Heydər Əliyev kimi milli liderimizlə, zamanın fövqündə dayanan dahi insanla daim öyünür, fəxr edir, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır.

Bu yol Azərbaycanın milli müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yoludur.



“ Ulu öndər” mus/söz Dilşad Şeyxzadə





















понедельник, 8 мая 2023 г.

9 May - Faşizm üzərində qələbə günüdür





Müharibə hər zaman öz ağır fəsadları və itkiləri ilə tarixdə qanlı iz buraxaraq yaddaşlara həkk olunur. Hərçənd müharibənin əksi olan sülh heç zaman rahat əldə edilmir. Sülhü də qazanmaq gərəkdir. Sülh isə yalnız qələbə yolu ilə qazanılır. 

Uşaqlar nağılları çox sevirlər. Çünki nağılların sonunda həmişə xeyir şərə qalib gəlir. Həyatda da bunu arzulayırıq. Təəssüf ki arzuladığımız həmin qələbə ağır fəsadlar və itkilərlə müşayiət olunur. İnsaniyyət yarandığı gündən indiyədək bu davam edir: müharibə, qələbə və sonda barışıq, əmin-amanlıq, yenidən müharibə, qələbə, sülh, əmin-amanlıq…. Düşünəndə ki, müharibə etmək üçün silahlara sərf edilmiş milyonlarla dünyanın bütün insanlarının ehtiyaclarını təmin etmək olardı, müharibəyə qarşı nifrətimiz daha da artır.

 Biz deyirik: müharibəyə son, dünyaya sülh!








четверг, 4 мая 2023 г.

“ Günəş zərrəcikləri”

Əziz uşaqlar, artıq may ayıdır. İsti yaz günləri bizi sevindirir. Siz,ibtidai sinif şagirdləri, tətildəsiniz. Əminəm ki, yeni kitab alıb oxuyursunuz. Mən də sizin üçün Youtube kanalımda yeni video  yükləmişəm. “ Günəş zərrəcikləri” adlanır. Buyurun, baxın.




“Günəş zərrəcikləri”








вторник, 2 мая 2023 г.

“ Maneəli yol”

 Hazırladığım bu video 6-7 yaşlı uşaqlar üçündür. Şifahi hesablama yolu ilə maneələri dəf edərək, oyunun qalibi olmaq olar. Videonu PP prezentasiyası əsasında hazırlamışam. Düşünürəm ki, uşaqlar üçün maraqlı olar. 

Videoya baxmaq üçün linkə keçid edin.

“ Maneəli yol”




понедельник, 1 мая 2023 г.

“ Şirin börək”


Hazırladığım bu video kiçikyaşlı məktəblilər üçündür. Burada verilən sual məsələ tiplidir. Cavabı tapmaq üçün diqqətli olmaq kifayətdir. 

Videoya baxmaq üçün linkə keçid edin.


“ Şirin börək”