среда, 30 марта 2016 г.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Unutmuruq!

Mart soyqırımı 


 — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSəlyanZəngəzurQarabağ,Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş[1][2][3], on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

суббота, 26 марта 2016 г.

воскресенье, 20 марта 2016 г.

Novruz bayramınız mübarək!


Novruz bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir
Milli yaddaşımızın bayramı

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.
  
   Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. 
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
                      Bayramınız mübarək!

суббота, 19 марта 2016 г.

" Altun Piramida" oxucu müsabiqəsi

           
  “Altun Kitab”  nəşriyyatı 15 yaşa qədər uşaqların mütaliə vərdişini inkişaf etdirmək üşün Facebook sosial  media şəbəkəsində müsabiqə elan edib. Qeyd edək ki, Azərbaycanda ilk dəfədir ki, şagirdlər üçün bu miqyasda və belə geniş həvəsləndirici mükafat fondu olan (noutbuk, 5 planşet, 200 kitab) müsabiqə təşkil olunur.
               Layihəyə  valideynlərin, şagirdlərin, müəllimlərin kifayət qədər marağı var və iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı durmadan artır. Bir məqsəd də Facebook məkanını şagirdlər üçün intellektuallaşdırmaq,  sosial şəbəkədən öz intellekt səviyyəsini və yaxşı mənada sosial aktivliyini artırmaq məqsədi ilə istifadə edilməsinə nail olmaqdır.
İştirakçılar bu layihə çərçivəsində bir il ərzində 35-40 kitab oxuyacaq. Bu, Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələri və faydalı elmi-kütləvi kitablardır.,

             Müsabiqə 2016-cı ilin fevral ayının sonunda başlayıb və ilin sonunadək davam edəcək.