понедельник, 23 декабря 2019 г.

Ev heyvanları haqqında oyun


Oyunun linki

Bu oyun məktəbəhazırlıq məşğələləri və birinci sinif üçün nəzərdə tutulmuşdur. Oyunun məqsədi ev heyvanları və onların balalarının adlarının, ev heyvanları, onların həyat tərzi haqqında biliklərin möhkəmləndirilməsidir.Oyun həmçinin uşaqların göz yaddaşını da möhkəmləndirir.

понедельник, 9 декабря 2019 г.

Məktəbəqədər hazırlıq."Səsin yerini tap" oyunu

Məktəbəhazırlıq dövründə beşyaşlıların  sözün səs-hərf tərkibinin müəyyən etmə bacarıqlarının inkişaf etdirilməsi çox vacib bir prosesdir. Bunu oyun formasında yerinə yetirmək həm əyləncəli olar, həm də uşaq yorulmaz. Təqdim etdiyim oyun "A" səsini tap oyunudur. Bu oyunda uşaq ona göstərilən şəkli adlandırır və sözdəki a səsinin yerini müəyyən edir. Uşaq bu oyunu həm müstəqil, həm də müəllimlə birlikdə oynaya bilər.

Oyunun linki


Məktəbəhazırlıq məşğələsi üçün oyun

Məktəbəhazırlıq məşğələsi üçün "Heyvanlar" mövzusunda oyun. Oyunun adı "Hansı heyvanın səsidir". Uşaqlar əvvəlcə səsi dinləyir, sonra isə uyğun şəkli tapıb çərçivəyə yerləşdirirlər. Bununla da onlar ev heyvanlarını öyrənmiş olurlar.

Linki burada


пятница, 8 ноября 2019 г.

Bayraq qürurumuzdur!

Bu gün 102 saylı məktəbin 4”a” sinif şagirdləri ilə Dövlət Bayrağı Gününə həsr olunmuş “ Bayraq qürurumuzdur!” adlı tədbir keçirildi. Tədbirdə 4-cü “a” sinif şagirdləri İmanov Məhəmməd və Əliyev Abdullah üçrəngli bayrağımızın tarixi haqqında məruzə etdilər. İbadlı Zəhra, Ələsgərov Oqtay, Məmmədzadə Kənan, Mehdiyeva Ayan, Abbasov Əli və Muxtarova Arzu “Bayrağım” adlı şeir- kompozisiya ilə çıxış etdilər. Qurbanlı Nəzrinnur və Məhərrəmova Aydan isə “ Bayrağım mənim” şeirini söylədilər. Uşaqlar “ Ən gözəl bayraq” adlı rəsm müsabiqəsində də iştirak etdilər. Müsabiqədə Qurbanlı Nəzrinnur və Hüseyn Xədicənin çəkdiyi rəsmlər qalib gəldi. Tədbirin sonunda bütün sinif  mahnı ifa etdi.
Tədbirdən sonra şagirdlər “ Ən yaxşı inşa” müsabiqəsində iştirak etdilər. Yazdıqları inşaları sinif qarşısında oxudular. “ Ən yaxşı inşa” müsabiqəsinin qalibi Məcidov Xəzər oldu.
 Şagirdlərin vətənpərvərlik tərbiyəsinin inkişafında belə tədbirlərin keçirilməsi zəruridir.


























пятница, 18 октября 2019 г.

Dövlət Müstəqilliyi Günü

18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür. 4-cü “a” sinif şagirdləri hər il olduğu kimi bu il də möhtəşəm bayram gününü təntənəli şəkildə qetd etdilər. Uşaqlar əvvəlcə Binəqədi rayon mərkəzləşdirilmiş sistem tərəfindən təşkil olunmuş tədbirdə iştirak etdilər. Fəal iştiraka görə Binəqədi  Rayon MKS tərəfindən Təşəkkürnamə ilə təltif olundular.
Daha sonra 4-cülər məktəbin akt zalında təşkil olunmuş tədbirdə iştirak etdilər. Azərbaycana, Müstəqillik Gününə həsr olunmuş kompozisiyalarla çıxış etdilər. Tədbirin sonunda isə “Şən Azərbaycan” mahnısı xorla ifa olundu.