вторник, 25 мая 2021 г.

Çörəyi necə bişirirlər?

 102 nömrəli məktəbin 2A sinif şagirdi Səma “ Əkinçi və canavar” nağılından motivasiya alaraq, çörək bişirmək qərarına gəldi. 👍🏻 Nə yaxşı ki, bu işi bizimlə paylaşmağı unutmadı!😊Buyurun, baxın və siz də belə ətirli çörək bişirməyi öyrənin, əziz uşaqlar. Səmaya isə afərin!👏🏻👏🏻👏🏻





понедельник, 10 мая 2021 г.

1-ci sinif. Kökənin hazırlanması

 102 nömrəli məktəbin 1”a” sinif şagirdi Əliyev Əliimran “ Çil toyuq və siçan balaları” nağılını oxuyandan sonra kökə hazırlamaq və bunu təqdim etmək qərarına gəldi. Əliimran bu işi böyük həvəslə yerinə yetirdi. Buyurun, baxın.☺️😋










1-ci sinif. Çörək haqqında təqdimat

“Çörək” mövzusunu tədris edərkən birincilərə mövzu ilə bağlı təqdimat hazırlamağı tapşırmışdım. Həmişəki kimi ən fəallar təqdimatı birinci hazırladılar. Buyurun, baxın. 102 nömrəli məktəbin 1”a” sinif şagirdi Hüseynli Tərlanın 
“ Çörək necə əldə edilir” mövzusunda təqdimatı.


 

Heydərçilərik biz!

 



четверг, 6 мая 2021 г.

“Çörək “


1-ci sinif Azərbaycan dili “ Çörək” mövzusu üzrə videotəqdimat hazırladım. Təqdimatda “ Çörək” şeirini səsləndirirəm. Şeiri illər öncə rus dilindən tərcümə etmişəm. Təqdimatda Youtube-dən mövzuya uyğun videolardan istifadə etmişəm. 
                

среда, 5 мая 2021 г.

Ən fəal iştirakçllar

 Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən 16-30 aprel tarixlərində keçirilən “Hər kitab bir xəzinədir” sosial layihədə 102 nömrəli məktəbin 1”a” sinif şagirdləri də böyük həvəslə iştirak etdilər. Bu fəallığa görə uşaqlara “Ən fəal iştirakçı” sertifikatı təqdim etdim. Gələcək layihələrdə uğurlar, 1”a” !
















вторник, 4 мая 2021 г.

Ən yaxşı təqdimatçı adını qazananlar

 Qeyd etdiyim kimi 102 nömrəli məktəbin 1”a” sinif şagirdləri Vətənin tarixi abidələri ilə bağlı maraqlı təqdimatlar etdilər. Bununla həm tədqiqetmə , həm təqdimat etmə bacarıqları, həm də nitqləri inkişaf edir. Şagirdlərimi daha da həvəsləndirmək üçün onlara Tərifnamələr hazırladım. Uğurlarınız bol olsun, əziz uşaqlar!













суббота, 1 мая 2021 г.

“Hər kitab bir xəzinədir”









 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Hər kitab bir xəzinədir” adlı  sosial layihəyə start verilib. 









23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir. Sosial layihədə mütaliə həyəcanı yaşamaq, mütaliəni vərdişə çevirmək istəyən məktəbli, valideyn və pedaqoji işçilər iştirak edə bilərlər.


102 nömrəli məktəbin 1A sinif şagirdləri də həvəslə bu layihəyə qoşulmuşlar. Uğurlar, 1A!