Tarix: 30 noyabr 2022
Məktəb:102
Sinif:3A
Fənn: Azərbaycan dili
Standart:3.1.3. Mövzu ilə bağlı yazılı təqdimat hazırlayır
Mövzu: Varlıqların müqayisəsi
Təlim məqsədi:Verbal və vizual məlumatlardan ibarət təqdimat materialı hazırlayır
Bakı şəhəri M.X.Axundzadə adına 102 №li tam orta məktəbin ibtidai sinif müəllimi Şeyxzadə Dilşadın metodiki bloqu
Tarix: 30 noyabr 2022
Məktəb:102
Sinif:3A
Fənn: Azərbaycan dili
Standart:3.1.3. Mövzu ilə bağlı yazılı təqdimat hazırlayır
Mövzu: Varlıqların müqayisəsi
Təlim məqsədi:Verbal və vizual məlumatlardan ibarət təqdimat materialı hazırlayır
Texnologiya yəqin ki bütün şagirdlərin sevimli dərslərindən biridir. Burada yaradıcı təfəkkürün inkişafı üçün kifayət qədər imkan var. Xüsusən də plastilinlə işlər uşaqlara çox maraqlıdır. Motorikanın inkişafı baxımından isə, deyərdim ki, zəruridir.
Texnologiyadan bugünkü dərsimizin mövzusu 8 ayaqlı ilbizin hazırlanmasıdır. Əvvəlcə evə verilmiş tapşırıqların nümayişini təşkil etdim. Riyaziyyat dərsi ilə inteqrasiya edərək abak hazırlamağı tapşırmışdım. Tapşırığa məsuliyyətlə yanaşan şagirdlərin işlərini izlədik. Bundan sonra yeni mövzunu elan etdim. Dərslikdəki izahı oxuyub anladıqdan sonra işə həvəslə başladıq. Mövzu ilə əlaqədar cizgi filmini də nümayiş etdirdim. Dərsin yekununda hazır işlərin təqdimatı oldu.