4”a” sinfinin şagirdləri növbəti divar qəzetinin buraxılışına hazırlaşırdılar. Uşaqlar bilirdilər ki, sonda 3 nominasiya üzrə qaliblər seçiləcək.
Sinif yenidən qruplara bölündü: Xəzər, Günəş və Çinar. Hər qrup öz redaktorunu, rəssam-dizayneri, korrektoru, müxbirləri seçdi. Müxbirlər tapşırıqlarını alıb tədqiqat işinə başladılar. Mövzu “ Bayraqlar” idi. Müxtəlif ölkələrin bayraqları, onların tarixi, şəkilləri və digər məlumatların toplanması tədqiqat işi idi. Növbəti gün müxbirlər öz məlumatlarını redaktora təhvil verdilər. Redaktor öz köməkçisi ilə məlumatlara baxış keçirib uyğun olanları seçdi. Dizayner şəkillərlə məşğul oldu. Növbəti gün qruplar qəzetin “ nəşrinə” başladılar. Korrektorlar buraxılmış səhvləri düzəltdilər. Rəssamlar dizaynerlərlə məsləhətləşib qəzeti “ bəzədilər”. Redaktorlar bütün işlərə nəzarət edirdi. Bu mərhələdə əməkdaşlıq etmək ən vacib şərtlərdən biridir.
Nəhayət, hər qrup öz qəzetini hazırlayıb bitirdi. Təqdimat və qəzetə baxış keçirildi. Hər qəzetin özünəməxsusluğu qeyd olundu. 3 nominasiya üzrə qaliblər seçildi:
Ən maraqlı kontekst - “ Çinar” qəzeti
Ən fərqli dizayn - “ Günəş” qəzeti
Ən uyğun rubrik seçimi - “Xəzər” qəzeti
Qalibləri təbrik edirik! Afərin, uşaqlar!