четверг, 30 мая 2024 г.

Son məşğələ günü

 102 nömrəli məktəbin 0”a” məktəbəhazırlıq qrupunun son məşğələsi oldu. Həmin gün uşaqlar əsl bayram əhval- ruhiyyəsi ilə məktəbə gəlmişdilər. Əllərində şar və gül dəstəsi ilə son dəfə məşğələyə gələn uşaqlar çox sevinirdilər. Axı onlar artıq məktəbəhazırlıq dövrünü keçmiş, məktəb illərinə qatılırdılar. Bu münasibətlə onların hər birinə sertifikat təqdim edib təbrik etdim. Təbrikə valideynlər də qoşuldu. Direktor müavini B. Quliyeva da uşaqları xüsusi olaraq təbrik etdi. 























суббота, 18 мая 2024 г.

18 may monitorinq başladı

 Mayın 18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilirdi.

 
 Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparıldı. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. 
 
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir

Mənim dördüncülərim də bu monitorinqdə iştirak etdi.








понедельник, 13 мая 2024 г.

Bacarıqlı əllər

 102 nömrəli məktəbin 0a qrupunun əl işləri ilə tanış olun. Uşaqların plastilin, rəngli kağızlar, pambıqdan, zərlərdən applikasiyalar və digər işləri sinif guşəsini bəzəyir. Afərin sizə, bacarıqlı əllər!