среда, 18 октября 2017 г.

18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür




Bu gün məktəbimizin 2A sinfində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sinif tədbiri keçirildi. 
Şagirdlər təqdim olunmuş mətnlə tanış oldular. Mətn üzrə oxu təşkil olundu. Qısa müzakirədən sonra şagirdlər Azərbaycana, ümummilli lider Heydər Əliyevə, bayrağımıza, himnimizə və qəhrəmanlarımıza həsr olunmuş şeirlər təqdim etdilər. 
Tədbirin sonunda uşaqlar hazırladıqları şüarları və rəsmləri təqdim etdilər.



пятница, 15 сентября 2017 г.

Salam, doğma məktəb!

15 Sentyabr 2017-ci il. Bu gün yeni 2017/2018-ci il,"Təhsildə keyfiyyət ili" başlandı. İlk dərs "Cocuq Mərcanlı -tarixi qayıdışın başlanğıcı" mövzusu oldu. 2A sinif şagirdləri Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar aldılar. 
Yeni dərs ilimiz uğurlu olsun!