вторник, 7 мая 2019 г.

Hər birimiz bir çiçək!

Mayın 7-si 3A sinif şagirdləri məktəbə gül dibçəkləri gətirmişdi. Uşaqlar bu gülləri məktəbin həyətyanı sahəsində əkdilər. Hamı böyük həvəslə işlədi. Əlvan çiçəklər həyəti bəzədi. Afərin, 3A !










понедельник, 15 апреля 2019 г.

Layihənin qalibləri təltif olundu.

Həyat bilgisi fənnindən "Azərbaycan - yurdum mənim" layihəsi üzrə müsabiqə uğurla sona çatdı. 102 nömrəli məktəbin 3A sinif şagirdləri layihənin birinci mərhələsində inşa yazdılar. İkinci mərhələdə isə tədqiqat apardıqları mövzu üzrə topladıqları məlumatları ümumiləşdirib təqdimat hazırladılar. Layihənin icrası nəticəsində şagirdlərdə araşdırmaq, tədqiqetmək, əməkdaşlıq etmək kimi vacib kompetensiyalar  formalaşır. Onlar qrupda işləmək, birgə fəaliyyət göstərmək kimi həyati bacarıqlara da yiyələnirlər.
Nəhayət, fínal mərhələsində layihənin qalibləri müəyyən olundu. Layihənin fəal iştirakçıları fəxri fərmanlarla, qalib komandalar isə diplomlarla təltif edildilər. Uşaqların sevincinin həddi-hüdudu yox idi.


















пятница, 29 марта 2019 г.

вторник, 19 марта 2019 г.

Novruz gəlir - yaz gəlir!

Bu gün ilaxır çərşənbəsidir. 3a sinif şagirdləri dörd çərşənbənin hər birinə aid təqdimat hazırlamışdılar. Mahnı, şeir, rəsm müsabiqəsi də oldu. Texnologiya dərsində isə ən yaxşı səməni aplikasiyası üzrə müsabiqə oldu.
3a sinfinin divar qəzeti


Müsabiqənin qalibləri