среда, 5 июня 2019 г.

"Nağıllar aləmində"

Bu gün 102 nömrəli məktəbin 3A sinif şagirdləri maraqlı bir tədbirin iştirakçısı oldular. Onlar sevimli nağıl və təmsillərinin müəllifi ilə görüş keçirdilər. Bu, Mehriban xanım Nağıyeva idi. Uşaqlar Mehriban xanımın kitablarını oxumuş, hətta sevimli qəhrəmanlarının iştirakı ilə bu təmsilləri səhnələşdirmişdilər. "Əsmərin sehrli zənbili" , "Zarafatcıl dələ", " Dərdli kirpi", "Tənbəl qarğa", " Lovğa tülkü" təmsilləri uşaqların ifasında sanki bir daha canlandı. Bu təmsillərdə ifşa olunan lovğalıq, tənbəllik və digər mənfi xüsusiyyətlər şagirdlər tərəfindən göstərildi. Səhnəciklərdən sonra müəllim hər bir əsərin məzmunu və ideyası haqqında müsahibə apardı. Məlum oldu ki, şagirdlər bu təmsillərin əsas ideyasını anlamış, müəllifin məqsədini başa düşmüşlər.
Tədbir müəllif Mehriban Nagıyeva və məktəbin tədris işləri üzrə direktor müavini Bədirnisə Quliyevanın çıxışı ilə yekunlaşdı. Sonda xatirə şəkilləri çəkildi.





































вторник, 28 мая 2019 г.

Milli mənəvi dəyərlərimizi, irsimizi öyrənirik

Hər bir xalq öz milli- mənəvi dəyərlərini qorumalı və yaşatmalıdır. Bunun üçün kiçik yaşından uşaqlara Vətən sevgisi, vətənpərvərlik, dövlət rəmzlərinə hörmət kimi hisslər aşılanmalıdır. Uşaqlar xalqımızın milli irsini təşkil edən tarixi abidələrimizi, muğamlarımızı, qədim sənət əsərlərimizi və digər milli dəyərlərimizi tanımalı və bilməlidirlər.
3A sinif şagirdləri də milli irsimizi sevə-sevə öyrənir. Qrup işlərinin təqdimatları, uşaqların yazdıqları inşalar göstərir ki, biz doğru yoldayıq.




четверг, 9 мая 2019 г.

Bu gün Şuşanın işğalından 27 il ötür...

8 may, 1992-ci il Qarabağımızın incisi gözəl Şuşamızın işğalı günüdür. Bu gün uşaqlar Şuşaya həsr olunmuş şeirlər söylədilər, rəsm çəkdilər. Topladıqları məlumatı məruzə etdilər, müzakirələr oldu. Kiçik vətənpərvərlər xəritədə işğal olunmuş əraziləri müəyyən etdikdən sonra onlar haqqında məlumatları oxudular.
Bu bizim qan yaddaşımızdır, tariximizdir. Tarixi isə unutmaq olmaz!







вторник, 7 мая 2019 г.

Hər birimiz bir çiçək!

Mayın 7-si 3A sinif şagirdləri məktəbə gül dibçəkləri gətirmişdi. Uşaqlar bu gülləri məktəbin həyətyanı sahəsində əkdilər. Hamı böyük həvəslə işlədi. Əlvan çiçəklər həyəti bəzədi. Afərin, 3A !