вторник, 22 февраля 2022 г.

21 Fevral - Beynəlxalq Ana Dili Günüdür



 Fevralın 21-i 2A sinif şagirdləri ilə Beynəlxalq Ana Dili Gününü qeyd etdik. Bu günün yaranma tarixi, onun mahiyyəti və əhəmiyyəti haqqında şagirdlərimə məlumat verdim. Sonra 2A sinif şagirdləri bu tədbiri davam etdilər. Mövzu üzrə məruzə etdilər, şeirlər söylədilər. Tədbirin sonunda Emin Sabitoğlunun Kərkük bayatıları əsasında yazdığı “ Şirin dil” mahnısını ifa etdik.










 


воскресенье, 13 февраля 2022 г.

Şifahi hesab

 Əziz uşaqlar! Riyaziyyatı sevirsinizsə, bu oyun sizin üçündür. Aşağıdakı linkə daxil olun. Uğurlar! 

Şifahi hesab         



Toplama və çıxma(Onluq ayrılan hal)

 Toplama və çıxma (onluq ayrılan hal) Linkə daxil olub hesablamağa başlayın. Uğurlar!

 Toplama və çıxma            


"Birinci ol!" oyunu

 Dostlar, əsl yarışda iştirak etmək istəyirsinizmi? Elə isə aşağıdakı linkə daxil olub dostlarınızla bu oyunu oynayın və qalib gəlin. Uğurlar!

"Birinci ol!" oyunu     



İkirəqəmli ədədlərin alt-alta toplanması

 Əziz uşaqlar! İkirəqəmli ədədlərin alt-alta toplanmasını yaxşı öyrənmisinizmi? Bunu yoxlamaq üçün aşağıdakı linkə daxil olub misalları həll edin. Cavabları klaviaturada yazın. Uğurlar!


Alt-alta toplama                                



2-ci sinif. Məsələ həlli

Əziz uşaqlar! Maraqlı məsələlər həll etmək istəyirsinizsə, aşağıdakı linkə daxil olun. Uğurlar!

Məsələ həlli      


среда, 19 января 2022 г.

20 Yanvar faciəsindən 22 il ötdü…

 Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

102 nömrəli məktəbin 2A sinfində anım günü