понедельник, 7 ноября 2022 г.

8 Noyabr Zəfər Gününüz mübarək


 8 Noyabr Zəfər Günü ilə əlaqədar olaraq 102 nömrəli məktəbin 3A sinif şagirdləri  Binəqədi Rayon Mks -də təşkil olunmuş tədbirdə fəal iştirak etmişlər. Tədbirə ikinci Qarabağ müharibəsinin iştirakçıları olan qazilər də dəvət almışdılar. Şagirdlərimizin vətənpərlik ruhunda böyüməsi üçün belə tədbirlərin keçirilməsi olduqca vacibdir.

Daha ətraflı burada






























пятница, 4 ноября 2022 г.

Pizza qülləsi və digər abidələr haqqında təqdimatlarımız

Dərsdən videofraqmentlər burada 

Azərbaycan dili dərslərində  bir -birindən maraqlı mövzular şagirdlərimin dərsə həvəsini artırmaqla tədqiqatçılıq, araşdırma kimi bacarıqlarını inkişaf etdirir. Növbəti dərsdə oxuyub öyrəndikləri informativ mətndəki faktların qısa təqdimatını öyrəndilər. Yaradıcı iş olaraq şagirdlərimə verdiyim tapşırıq dünya tarixi abidələrindən biri haqqında təqdimat hazırlamaq idi. Nəticədə 3A sinif şagirdləri bu tapşırığa məsuliyyətlə yanaşıb maraqlı təqdimatlar hazırladılar.




воскресенье, 30 октября 2022 г.

İlk sınaq imtahanlarımız İZƏ nəşriyyatından hədiyyə edildi



 29-30 oktyabr tarixlərində 102 nömrəli məktəbin 3A sinif şagirdlərinin ilk sınaq imtahanları oldu. İmtahanın təşkilatçısı İZƏ nəşriyyatı idi. İmtahan Azərbaycan dili, Riyaziyyat, Məntiq, İngilis dili və Həyat bilgisi fənləri üzrə keçirildi. Suallar asan, orta və çətin səviyyələrində idi. Şagirdlərim həvəslə sınaqlarda iştirak edib uğur qazandılar. Buna görə İZƏ nəşriyyatının əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Uğurlarınız davamlı olsun, əziz uşaqlar!