Uşaqların sevimli yazıçısı Mehriban Nağıyeva ilə görüşümüz çox maraqlı oldu. Təşkilatçı Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarına bu maarifləndirici tədbirə görə təşəkkür edirik.
Bakı şəhəri M.X.Axundzadə adına 102 №li tam orta məktəbin ibtidai sinif müəllimi Şeyxzadə Dilşadın metodiki bloqu
Pages
- ƏSAS SƏHİFƏ
- "GÜNƏŞ" bloqumuz
- HEYDƏR ƏLİYEV VƏ UŞAQLAR
- Dərsdə istifadə olunan onlayn oyunlar
- "Danışan rəqəmlər"
- Mənim nailiyyətlərim
- Faydalı linklər
- "İşıqforun köməyi"
- 3-cü sinif üçün elektron resurs. Azərbaycan dili "İki gül"
- İnkişafetdirici çalışmalar və testlər
- Fiqurların sərgüzəşti
- Səkinənin inşası
- Ssenarilərim
- Uşaq mahnıları
- kid-mama.ru
- MUSIQI və YARADICILIQ
пятница, 25 ноября 2022 г.
Yazıçı ilə görüş
Uşaqların sevimli yazıçısı Mehriban Nağıyeva ilə görüşümüz çox maraqlı oldu. Təşkilatçı Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarına bu maarifləndirici tədbirə görə təşəkkür edirik.
четверг, 24 ноября 2022 г.
Texologiya dərsindən nailiyyətlərimiz
Texnologiya yəqin ki bütün şagirdlərin sevimli dərslərindən biridir. Burada yaradıcı təfəkkürün inkişafı üçün kifayət qədər imkan var. Xüsusən də plastilinlə işlər uşaqlara çox maraqlıdır. Motorikanın inkişafı baxımından isə, deyərdim ki, zəruridir.
Texnologiyadan bugünkü dərsimizin mövzusu 8 ayaqlı ilbizin hazırlanmasıdır. Əvvəlcə evə verilmiş tapşırıqların nümayişini təşkil etdim. Riyaziyyat dərsi ilə inteqrasiya edərək abak hazırlamağı tapşırmışdım. Tapşırığa məsuliyyətlə yanaşan şagirdlərin işlərini izlədik. Bundan sonra yeni mövzunu elan etdim. Dərslikdəki izahı oxuyub anladıqdan sonra işə həvəslə başladıq. Mövzu ilə əlaqədar cizgi filmini də nümayiş etdirdim. Dərsin yekununda hazır işlərin təqdimatı oldu.
пятница, 11 ноября 2022 г.
Texnologiya.Məişət mədəniyyəti
.
понедельник, 7 ноября 2022 г.
8 Noyabr Zəfər Gününüz mübarək
8 Noyabr Zəfər Günü ilə əlaqədar olaraq 102 nömrəli məktəbin 3A sinif şagirdləri Binəqədi Rayon Mks -də təşkil olunmuş tədbirdə fəal iştirak etmişlər. Tədbirə ikinci Qarabağ müharibəsinin iştirakçıları olan qazilər də dəvət almışdılar. Şagirdlərimizin vətənpərlik ruhunda böyüməsi üçün belə tədbirlərin keçirilməsi olduqca vacibdir.
пятница, 4 ноября 2022 г.
Pizza qülləsi və digər abidələr haqqında təqdimatlarımız
Dərsdən videofraqmentlər burada
Azərbaycan dili dərslərində bir -birindən maraqlı mövzular şagirdlərimin dərsə həvəsini artırmaqla tədqiqatçılıq, araşdırma kimi bacarıqlarını inkişaf etdirir. Növbəti dərsdə oxuyub öyrəndikləri informativ mətndəki faktların qısa təqdimatını öyrəndilər. Yaradıcı iş olaraq şagirdlərimə verdiyim tapşırıq dünya tarixi abidələrindən biri haqqında təqdimat hazırlamaq idi. Nəticədə 3A sinif şagirdləri bu tapşırığa məsuliyyətlə yanaşıb maraqlı təqdimatlar hazırladılar.


























































