воскресенье, 11 июня 2023 г.

Diplomla təltif olundular


M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər və müsabiqələr keçirilmişdir. Mənim fəal 3A sinif şagirdlərim də fəaliyyətlərinə görə təltif olundular. Təbriklər!





























среда, 10 мая 2023 г.

Ulu öndərin 100 illiyi

 Azərbaycan xalqı bu gün  ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir. 

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Xalqımız Heydər Əliyev kimi milli liderimizlə, zamanın fövqündə dayanan dahi insanla daim öyünür, fəxr edir, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır.

Bu yol Azərbaycanın milli müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yoludur.



“ Ulu öndər” mus/söz Dilşad Şeyxzadə





















вторник, 9 мая 2023 г.

9 May - Faşizm üzərində qələbə günüdür





Müharibə hər zaman öz ağır fəsadları və itkiləri ilə tarixdə qanlı iz buraxaraq yaddaşlara həkk olunur. Hərçənd müharibənin əksi olan sülh heç zaman rahat əldə edilmir. Sülhü də qazanmaq gərəkdir. Sülh isə yalnız qələbə yolu ilə qazanılır. 

Uşaqlar nağılları çox sevirlər. Çünki nağılların sonunda həmişə xeyir şərə qalib gəlir. Həyatda da bunu arzulayırıq. Təəssüf ki arzuladığımız həmin qələbə ağır fəsadlar və itkilərlə müşayiət olunur. İnsaniyyət yarandığı gündən indiyədək bu davam edir: müharibə, qələbə və sonda barışıq, əmin-amanlıq, yenidən müharibə, qələbə, sülh, əmin-amanlıq…. Düşünəndə ki, müharibə etmək üçün silahlara sərf edilmiş milyonlarla dünyanın bütün insanlarının ehtiyaclarını təmin etmək olardı, müharibəyə qarşı nifrətimiz daha da artır.

 Biz deyirik: müharibəyə son, dünyaya sülh!