Bu gün 4A sinfi ilə Zəfər Günü münasibətilə gəzintiyə çıxdıq. Uşaqların sevincinin həddi-hüdudu yox idi! Gözəl bir gün keçirdik.
Bakı şəhəri M.X.Axundzadə adına 102 №li tam orta məktəbin ibtidai sinif müəllimi Şeyxzadə Dilşadın metodiki bloqu
Pages
- ƏSAS SƏHİFƏ
- "GÜNƏŞ" bloqumuz
- HEYDƏR ƏLİYEV VƏ UŞAQLAR
- Dərsdə istifadə olunan onlayn oyunlar
- "Danışan rəqəmlər"
- Mənim nailiyyətlərim
- Faydalı linklər
- "İşıqforun köməyi"
- 3-cü sinif üçün elektron resurs. Azərbaycan dili "İki gül"
- İnkişafetdirici çalışmalar və testlər
- Fiqurların sərgüzəşti
- Səkinənin inşası
- Ssenarilərim
- Uşaq mahnıları
- kid-mama.ru
- MUSIQI və YARADICILIQ
среда, 8 ноября 2023 г.
вторник, 7 ноября 2023 г.
İlk dərsimiz Zəfər Günü🇦🇿
07 noyabr 2023-cü il tarixdə 102 nömrəli məktəbin 4A sinfinin ilk dərsi Zəfər Gününə həsr olundu. Uşaqların Zəfər Günü mövzusunda təqdimatları dinlənildi. Təqdimatlardan sonra 4A sinif şagirdi Hacı Səidin ssenarisi əsasında qoyulmuş kiçik tamaşanın təqdimatı oldu. Qeyd edim ki, Səid bu tamaşanın nəinki ssenari müəllifi, həm də rejissoru idi. Tamaşada iştirak edəcək uşaqları, onların geyimlərini, dekorasiya və hər bir səhnəni xırda detallarına qədər özü düşünüb həyata keçirdi. Hətta uşaqlarla məşqləri də təşkil etdi. Baxmayaraq ki, az müddətdə (4-5günə) və yalnız tənəffüslərdə məşq edilmişdi, səhnəcik çox yaxşı alındı. Uşaqlar öz rollarını bacarıqla ifa etdilər.
понедельник, 6 ноября 2023 г.
четверг, 2 ноября 2023 г.
Məktəbəhazırlıq qrupumla ilk ekskursiyamız
Noyabrın 2-də məktəbəhazırlıq qrupumuzla birgə ilk ekskursiyamız təşkil olundu. Ekskursiyamız 102 nömrəli məktəbin yaxınlığındakı kitabxanaya idi. Bu kitabxana bizim məktəblə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq artıq ənənə xarakteri daşıyır. Bayram günləri və digər tədbirləri çox zaman birlikdə həyata keçiririk. Bizim şagirdlərimizin əksəriyyəti bu kitabxananın üzvüdür.
Beləliklə, beşyaşlılarımla kitabxanaya yollandıq. Kitabxana əməkdaşlarından Səidə xanım və Aygün xanım bizi mehribancasına qarşıladılar. Səidə xanım ilk növbədə uşaqları kitabxananın “Uşaq ədəbiyyatı” şöbəsi ilə tanış etdi. Uşaqların hər birinə uşaq ədəbiyyatı nümunəsi olan əlvan rəngli kitablar verərək onlar haqqında məlumat verdi. Sonra kiçik bir nağıl oxuyaraq uşaqların fikrini cəlb etdi. Dinləyib-anlama üzrə sual- cavab təşkil etdi. Daha sonra uşaqlar gətirdikləri şəkilləri Səidə xanıma nümayiş etdilər. Həmin şəkilləri kitabxanaya hədiyyə etdilər. “ Uşaq ədəbiyyatı” şöbəsi ilə tanışlıqdan sonra Aygün xanım beşyaşlıları zala dəvət edib böyük masa arxasında əyləşdirdi. Onlar üçün ” Uşaq Ensiklopediyası “seriyasından heyvanlar haqqında məlumatlar oxudu. Uşaqlar verilən suallara həvəslə cavab verdilər. Daha sonra kitabxana əməkdaşları uşaqlara cizgi filmi nümayiş etdirdi. Bu filmdə kitabxananın insan həyatında digər maddi dəyərlərdən üstün olduğu nümayiş etdirilirdi. Cizgi filmini maraqla izləyən uşaqlar öz təşəkkürlərini bildirdilər və “ Kitablar” mahnısını ifa etdilər. Sonra isə beşyaşlılar öyrəndikləri şeirləri təqdim etdilər.
Ekskursiyanın sonunda kitabxana əməkdaşları uşaqlarla birlikdə xatirə şəkli çəkdirdilər. Ekskursiyamız çox maraqlı keçdi. Üstəlik də hər bir uşaq bu kitabxanaya üzv oldu. Əminəm ki, savad təlimi dövrü uğurla başa çatdıqdan sonra bizim uşaqlar üzv olduqları kitabxana ilə əməkdaşlıq edərək kitablarla dostlaşacaqlar.



































































