среда, 1 марта 2017 г.

Yazın ilk günündə...

Bu gün yazın ilk ayı, ilk günündə 5-ci sinifdə oxuyan şagirdim Şölə Namazova məni elə sevindirdi, elə duyğulandırdı ki, deməyə söz tapmadım. Şölə elə birinci sinifdən öz təlim- tərbiyəsi, məntiqi ilə seçilirdi. O, maraqlı hekayələri, şeirləri ilə həmişə məni sevindirib. Birinci sinifdən krossvordlar da tərtib edir. Özü də dərs əlaçısıdır. Sınaq imtahanlarında yüksək yerlərə layiq görülüb.Belə şagird hər bir müəllimin fəxridir.
Bu gün isə ilk müəlliminə həsr etdiyi şeiri təqdim etdi. Məni çox sevindirdi, duyğulandırdı...
Təşəkkür edirəm, əziz şagirdim! Uğurlarını gözləyirəm.

воскресенье, 26 февраля 2017 г.

пятница, 24 февраля 2017 г.

Xocalı soyqırımının anım günü



 Fevralın 24-ü məktəbimizin 1A sinfində Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu. 1A sinif şagirdləri Xocalıya həsr olunmuş şeirlər söylədilər, rəsmlər təqdim etdilər.