пятница, 11 октября 2019 г.

Texnologiya dərsində

Bu gün texnologiya dərsində maraqlı, sadə, amma çox cazibədar bir kirpi hazırladıq. Kirpini rəngli kağızdan hazırladlq. Uşaqlar bu kirpi fiqurlarını  məktəbəhazırlıq qrupuna bağışlayacaqlarını bildikdən sonra daha həvəslə işləməyə başladılar.








четверг, 10 октября 2019 г.

Məktəbəhazırlıq məşğələlərində

Məktəbəhazırlıq məşğələlərimizin ikinci həftəsi gedir. Məşğələlərimiz bir-birindən maraqlı keçir. Balacalar daha böyük həvəslə iştirak edirlər. Onlar 10-a qədər sayır, şəklin konturu üzrə çəkir, rəngləyirlər, Aa və Nn hərflərinin çap yazısını plastilindən  düzəldirlər.














вторник, 1 октября 2019 г.

Əziz beşyaşlılar, məktəbimizə xoş gəlmisiniz!

Bu gün məktəbəhazırlıq qrupunun ilk məşğələsi oldu. Beşyaşlı balacalar böyük həyəcanla məktəbin həyətinə toplaşmışdılar. Əllərində şarlar, gözlərində sevinc məktəbin foyesinə daxil olan uşaqların sevincinin həddi-hüdudu yox idi. Doğrudur, uşaqlardan bəziləri həyəcandan ağlamağa başlasalar da, sinifdəki bayram əhvali- ruhiyyəsi onları tezliklə sakitləşdirdi. Beləliklə ilk məşğələmiz























başlandı. Uşaqlar onlar üçün hazırladığım təqdimatı izlədilər. Vətən, ailə haqqında suallara həvəslə cavab verdilər. Bildikləri şeirləri əzbər söylədilər. Sonra isə “ Maşa və Ayı məktəbə hazırlaşır” adlı elektron oyunu oynadılar. Xüsusi olaraq beşyaşlılar üçün hazırladığım bu oyun onların marağına səbəb oldu. İlk məşğələmiz belə keçdi. 

понедельник, 30 сентября 2019 г.

Məktəbə hazırlaşırıq. Mənim təqdimatım

Məktəbəhazırlıq qrupunun ilk günü hər zaman həyəcanla qarşılanır. Bəs necə, axı uşaqlar ilk dəfə məktəbə gəlirlər! Buna görə də ibtidai sinif müəllimləri bu günə xüsusi diqqət ayırırlar. Maraqlı təqdimatlar, oyunlar məşğələni uşaqlar üçün cəlbedici edir. Sabah üçün hazırladığım təqdimatı sizinlə paylaşıram, əziz müəllimlər. Hamıya uğurlar!😊

Googl diskə yüklədim. Bu da link Buradan açın

воскресенье, 29 сентября 2019 г.

Məktəbəhazırlıq qrupları üçün yeni oyun!


Linki buradan açın


Bu oyunu məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün nəzərdə tutmuşam. Oyunu PP təqdimatında işləmişəm. Oyun trenajor tipindədi.Linki açıb yükləyə bilərsiniz. Qovluqdakı audio faylları da yükləməyi unutmayın. Uğurlar!

Uşaqlar hansı cizgi filmlərinə baxsınlar


Linki açın


Uşaqlar hansı çizgi filmlərinə baxsınlar?

Uşaqlar hansı çizgi filmlərinə baxsınlar?

Müasir dünyada həyatımızı texnologiyasız təsəvvür etmək bəzən çox çətindir. İndi analar yalnız doğuş zamanı, bilavasitə doğuşa girərkən telefonu qoyur və bitən kimi yenidən götürür. Bu qınanmalı hal deyil-reallıqdır. Belə olan halda gec-tez uşaq da telefonla tanış olur. Yaxşı olar ki, bu tanışlıq ilk bir il ümumiyyətlə olmasın, sonra isə sizin bir başa nəzarətiniz altında baş versin.


Məktəbə qəbuldan əvvəl uşaq nəyi bilməlidir


Картинки по запросу первый день дошколят в школе

 Uşaq məktəbdən əvvəl nəyi bilməli və bacarmalıdır?
 Bilməlidir:
tam adını - SAA (özünün və valideynlərinin),
ev ünvanı və telefon nömrəsini,
yaşadığı şəhəri, ölkəni;
ən çox yayılmış bitkiləri, heyvanları;
həftənin günlərini, fəsilləri (və onların ardıcıllığını), bir ildəki ayların sayını;
rəngləri, idman növlərini və populyar peşələri;
 məşhur yazıçıların, şairlərin adlarını;
əsas yol hərəkəti qaydalarını;
bayramları.
Fərqini anlamalıdır:
 "Sağ” və “solun” ;
küçə, şəhər və ölkənin;
 meyvələr, giləmeyvə, tərəvəz, ağac və kolun;
heyvanlar, quşlar, balıqlar, böcəklər, vəhşi və ev heyvanlarının;
hərf və səslərin, sait və samitlərin (kar və cingiltili)

Bacarmalıdır:
Sadə problemləri (məntiq daxil olmaqla) həll etməyi, tapmaca tapmağı;
 ardıcıllığı bərpa etməyi,
 əşyaların ümumi cəhətlərini vurğulamaq və fərqləri görməyi;
şəkli təsvir etməyi,
dinlədiyi hekayəni nəql etməyi,
 şeir və ya 5-6 kiçik cümlədən ibarət mətni əzbər söyləməyi;
10-a qədər saymağı və sadə hesab əməllərini yerinə yetirməyi;
 kiçik cümlələri (5 sözə qədər) oxumağı və oxuduqlarını başa düşməyi;
"ev", "top", "bala" kimi sadə sözlərdə səslərin və hecaların sayını müəyyənləşdirməyi;
qayçı ilə işləməyi; kontur boyunca kəsməyi, həndəsi fiqurları kəsməyi;
 qələm və karandaşla  işləməyi,
xətkeşsiz düz xətt çəkməyi, ştrixləməyi,
konturdan çıxmadan rəngləməyi.


Yəni bu mərhələdə uşağın  müəyyən düşüncə, yaddaş, diqqət səviyyəsi olmalıdır. Bundan əlavə, o, münasibət qurmağı və ünsiyyət qurmağı öyrənməlidir - müəllim və digər uşaqlarla nəzakətli olmalı, böyüklərə hörmətlə yanaşmalı, hansısa vəzifələri yerinə yetirməyi bacarmalı, bəzi məsələlərdə artıq müstəqil olmağı, intizamlı və səliqəli olmağı öyrənməlidir.
Bütün bunları həm evdə, həm də xüsusi hazırlıq kurslarında öyrənmək olar.

Tərcümə etdi: D.Şeyxzadə




Orijinal məqalə: https://www.kp.ru/guide/podgotovka-k-shkole