"9 Noyabr Dövlət Bayragı Günüdür" tədbiri üçün ssenari
Bu ssenari üzrə tədbirin giriş hissəsini təşkil etmək olar. Bunun üçün bayrağın rənglərinə uyğun parça və ya rəngli kağızdan istifadə etmək lazımdır. Hər rəngin rəmzinə uyğun şeirlər verilir. Şagirdlər əllərində bayrağın rənginə uyğun parça və ya rəngli karton kağız tutaraq öz şeirlərinin təqdim edirlər.
Göy rəng:1-ci şagird: -OT KÖKÜ ÜSTƏ BİTƏR,
DEYİB ATALARIMIZ,
GÖY RƏNG TÜRKÇÜLÜYÜMÜZ!
2-ci şagird: - TÜRK SOYLUDUR KÖKÜMÜZ,
GÖY TÜRKLƏRDƏN YARANMIŞ
TÜRK ƏSİLLİ XALQIQ BİZ!
Qırmızı rəng: 1-ci şagird: - AL ŞƏFƏQDƏN YARANMIŞ
MÜSTƏQİLLİK GÜNƏŞİ,
QOY BÜRÜSÜN HƏR YANI
AZADLIĞIN ATƏŞİ!
2-ci şagird: - QIPQIRMIZI BOYAYAN
ODUR BAYRAĞIMIZI
İNKİŞAFA APARAN
DEMOKRATIYAMIZI!
Yaşıl rəng: 3-cü şagird: OT YAŞIL, ÇƏMƏN YAŞIL,
YAŞIL HƏYATIN ÖZÜ,
İSLAM DİNİNİN RƏMZİ.
4-cü şagird: - DİNİMİZ, İMANIMIZ
ODUR ETİQADIMIZ!
Aypara: - BU DA BİZİM AYPARA,
AY PARÇASI, AY PARA!
SƏMAVİ QONAĞIMIZ,
DÖVLƏTİMİZ, VARIMIZ
Ulduz: - BU ULDUZA BAXIN SİZ,
BİZƏ OLUBDUR ƏZİZ.
GÜNƏŞDİR, ULDUZ DEYİL,
SƏKKİZ GUŞƏSİ SEHR!
7-ci şagird- BAXIN, MƏNİM BAYRAĞIM
GÖR NECƏ YARAŞIQDIR!
BAŞI UCA, GÖYLƏRDƏ
ŞƏFƏQ SAÇAN İŞIQDIR!
8-ci şagird: -DALĞALAN, DALĞALAN,
EY UCA BAYRAQ!
7-ci şagird- BAXIN, MƏNİM BAYRAĞIM
GÖR NECƏ YARAŞIQDIR!
BAŞI UCA, GÖYLƏRDƏ
ŞƏFƏQ SAÇAN İŞIQDIR!
8-ci şagird: -DALĞALAN, DALĞALAN,
EY UCA BAYRAQ!
BƏSLƏYİB GÖZLƏR ÜSTƏ SƏNİ
QORUYAQ!
KOR OLSUN DÜŞMƏNLƏR SƏNİ
GÖRƏNDƏ,
YAŞA, VAR OL HƏR AN ORDU
ÖNÜNDƏ!
QORUYAQ!
KOR OLSUN DÜŞMƏNLƏR SƏNİ
GÖRƏNDƏ,
YAŞA, VAR OL HƏR AN ORDU
ÖNÜNDƏ!
9-cu şagird: - DÜNYƏVİ DÖVLƏTİK BİZ,
XOŞBƏXTLİKDİR RƏMZİMİZ.
SÜLHSEVƏRDİR XALQIMIZ,
MƏRDLİKDİR AMALIMIZ!
10-cu şagird (əsgər paltarında): -
QOYMARIQ ƏLDƏN GETSİN
QOYMARIQ ƏLDƏN GETSİN
BİR QARIŞ TORPAĞIMIZ,
İGİDLİKDİR ANDIMIZ
BİRLİKDİR SİLAHIMIZ!
XORLA: - BİZ BİRLİKDƏ GÜCLÜYÜK!
UCALSIN BAYRAĞIMIZ!
Bu çıxışların ardınca mahnı səsləndirmək olar.
Şeirlərin müəllifi D. Şeyxzadədir
29 oktyabr 2017-ci il
Комментариев нет:
Отправить комментарий