26 Fevral 2021-ci il ilk dərsimi Xocalı soyqırımına həsr etdim. Birinci sinif olduğuna görə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq faciənin mahiyyətini bacardığım qədər sadə dildə izah etdim. Uşaqlar diqqətlə dinlədikdən sonra öz fikirlərini söyləməyə başladılar. Mən onları dinlədikcə qarışıq hisslər keçirirdim. Şagirdlərim məni həm təəccübləndirir, həm kədərləndirir, həm də fərəhləndirirdi. Onlar sanki bir anda böyümüş və hər şeyi başa düşdüklərini nümayiş etdirirdilər. “ Müəllimə, axı körpələr onlara nə etmişdi? Axı onlar çox balaca idi! Müəllimə, axı qocaların gücü yoxdur, niyə onları belə etdilər?” - deyə suallar verərək özləri də bu suallara cavab tapmağa çalışırdılar. Danışdıqca qəhər məni boğurdu. Amma mən xalqımızın iradəsini, ordumuzun qüdrətini, ali baş komandanın qələbəyə aparan strategiyasını vəsf edərək acizliyi yox, gücümüzü nümayiş etdirməli idim. Buna görə də dərsi böyük ruh yüksəkliyi və qələbə əzmi ilə yekunlaşdırdım. Sonra uşaqlar rəsmlərini, öyrəndikləri şeirləri təqdim etdilər.Beləliklə, Xocalını yad etdik. Amma bu o demək deyil ki, Xocalı soyqırımı yalnız müəyyən bir gündə yad edilir. Vətənpərvərlik, Vətənə məhəbbət tərbiyəsi hər gün, hər dərs, hər an damla-damla uşaqlara aşılanmalıdır.
Bakı şəhəri M.X.Axundzadə adına 102 №li tam orta məktəbin ibtidai sinif müəllimi Şeyxzadə Dilşadın metodiki bloqu
Pages
- ƏSAS SƏHİFƏ
- "GÜNƏŞ" bloqumuz
- mektebli.president.az/index.php
- HEYDƏR ƏLİYEV VƏ UŞAQLAR
- Dərsdə istifadə olunan onlayn oyunlar
- "Danışan rəqəmlər"
- Mənim nailiyyətlərim
- Faydalı linklər
- "İşıqforun köməyi"
- 3-cü sinif üçün elektron resurs. Azərbaycan dili "İki gül"
- İnkişafetdirici çalışmalar və testlər
- Fiqurların sərgüzəşti
- Səkinənin inşası
- Ssenarilərim
- Info-urok
- Uşaq mahnıları
- ORFOQRAFİYA LÜĞƏTİ
- Multiurok
- kid-mama.ru
- MUSIQI və YARADICILIQ
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий