понедельник, 14 июня 2021 г.

“Biliklər açarı” inamlı əllərdədir!



 

14 iyun - son dərs günü, “Son zəng”dir. Hər il olduğu kimi bu il də 102 nömrəli məktəbin məzunları öz doğma məktəbləri, əziz müəllimləri ilə vidalaşırlar. Birincilər də onları təbrik edir, uğurlar arzulayırlar. 

Siz ey əziz məzunlar!

Əziz onbirincilər,

Sizi təbrik edirik

İndi biz  birincilər!

 

Açıq olsun yolunuz,

Uğurlar dilərik biz.

Siz bizim sabahımız,

Sizsiz gələcəyimiz.


Qoy ucalsın adınız,

Fəxr etsin Vətənimiz!

Siz getdiyiniz yolla

İnamla gəlirik biz!


Müəllif: Dilşad  Şeyxzadə

12.06.2021

20:50


Tədbirdə 1”a” sinfindən Musayeva Əsmər öz təbrik şeirini söyləyib son zəngi çaldı. Qızıl medalçımız Ranal Qurbanovun əlindən “ Biliklər açarını” aldıqda Əsmər də onun kimi olacağını söz verdi. Uğurlar, əziz məzunlar!














Комментариев нет:

Отправить комментарий