среда, 7 декабря 2022 г.

Cadenza ilə sehrli musiqi aləminə səyahət



 Bu gün, 07 dekabr 2022-ci il, 102 nömrəli məktəbdə Cadenza Contemperary  Orchestra  ilə görüş-konsert təşkil olundu. Görüşün  qısa zaman kəsiyində olmasına baxmayaraq, uşaqlar musiqinin sehrli aləminə qovuşdular. Onlar simfonik orkestrlə, bu orkestrdə iştirak edən musiqi alətləri ilə yaxından tanış oldular. Skripkanın, violonçelin quruluşunu, səslənməsini, onlar arasındakı oxşar və fərqli cəhətləri görüb öyrəndilər. Sonra dahi Üzeyir Hacıbəylinin “ Arazbarı” və Mosartın məşhur Eine Cleune Nachtmusik, K.525 Allegro simfonik əsərləri ifa edildi. Simfonik əsərlərin ecazkar aurası şagirdlərimi öz təsir dairəsinə cəlb etmişdi. 

Görüşün interaktivliyi onu daha da maraqlı edirdi. Musiqişünas, Cadenza orkestrinin üzvü Şəfaqət Məmmədova həm də təcrübəli aparıcı kimi auditoriyanı bacarıqla idarə edir, maraqlı viktorinalar keçirirdi.

Görüşün maraqlı anlarından biri isə Şəfaqət xanımın xahişi ilə mənim şagirdim İsmayılın dirijorluq edərək orkesti “idarə etməsi” oldu. Əsər ifa olunmağa başlayanda İsmayılın etdiyi  jestlər musiqişünasın nəzərindən qaçmayıb, əksinə maraqlandırıb. Aparıcı dərhal İsmayılı səhnəyə dəvət edərək onun “dirijorluq” etməsini xahiş etdi. İsmayıl melodiyanı tam hiss etdiyini nümayiş etdirdi. Bu məni yaxşı mənada təəccübləndirdi və sevindirdi. 

İnanıram ki, Cadenza Contemperary  Orchestra ilə görüş-konsert şagirdlərin yaddaşında iz buraxaraq onların gələcək həyatlarına, inkişafına, gizli istedadlarının üzə çıxarılmasına kömək edəcək.

Görüşə görə məktəb rəhbərliyinə, 102 nömrəli məktəbin direktoru Mailə İsmayılovaya və Cadenza orkestrinin üzvlərinə təşəkkür edirik. 
















































Комментариев нет:

Отправить комментарий