15 sentyabr 2022-ci il yeni tədris ilində ilk dərs günümüz başladı. Əvvəlki təntənə, bayram əhvali-ruhiyyəsi olmasa da, yay tətilindən sonra yenidən məktəbə qayıtmaq üçün hamının darıxdığı hiss olunurdu.
Rəsmi açılışdan sonra Vətən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Himndən sonra siniflərə daxil olduq və ilk dərsimiz başladı. Şagirdlərimə şanlı ordumuzun zəfər tarixini əks etdirən videofilm nümayiş etdirdim. Uşaqlar 44 gün çəkən və qələbəmizlə bitən II Qarabağ müharibəsi haqqında məlumat aldılar. 30 il işğal altında qalmış və 2020-ci il sentyabrdan noyabra qədər Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuzun igid əsgərlərinın qəhrəmanlığı nəticəsində əsarətdən azad olan ərazilərin adlarını bir daha təkrar etdilər. Qarabağımızın nadir bitkisi olan xarıbülbülün şəhidlərin rəmzi olduğunu öyrəndilər. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin “ Qarabağ Azərbaycandır!” sözlərinin Qələbə simvolu kimi qəbul edildiyini və bunun mənasını anladılar. Filmi izlədikdən sonra şagirdlərimə Abbas Səhhətin “ Vətən” şeirini söylədim. Mövzu üzrə düşünüb müzakirə etmək üçün əvvəlcədən hazırladığım sualları səsləndirdim. Uşaqlar müzakirədə fəal iştirak etdilər. Hətta bu mövzuda şeir də bildiklərini nümayiş etdirdilər. Bir neçə şagirdim şifahi təqdimat edərək fikrini bildirdi. Yaradıcı iş olaraq “ Qarabağ Azərbaycandır!” mövzusunda esse yazmağı tapşırdım.
Şagirdlərimi vətənpərvərlik ruhunda tərbiyə etmək bir müəllim kimi vəzifəm, bir vətəndaş kimi mənəvi borcumdur.
Комментариев нет:
Отправить комментарий