четверг, 15 февраля 2024 г.

Kitab ən gözəl hədiyyədir

Bildiyimiz kimi 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu münasibətlə mən 4-cü sinif şagirdim Məhərrəmov Ümidə ən maraqlı esse yazısına görə kitab bağışladım. Kitab bağışlama zəncirini davam etməyi ona tövsiyə etdim. Maraqlıdır ki, Ümidə kitabı bağışlayandan sonra şagirdlərimdən birinin valideyni də mənə kitab hədiyyə etdi. Sabahısı gün isə Ümid mənə yaxınlaşıb  gətirdiyi kitabları bir neçə dostu ilə paylaşmaq qərarını  bildirdi. Buna çox sevindim. 

Ümid kitabları dostlarına bağışladı. Uşaqlar məmnun oldular. Kitab bağışlama zəncirinin davamı olacağına inanıram.

                                          4A sinif rəhbəri Dilşad Şeyxzadə


Həyat paylaşdıqca gözəldir














Комментариев нет:

Отправить комментарий