четверг, 20 марта 2025 г.

Novruz - xalqımızın milli bayramıdır

Novruz- xalqımızın milli dəyərləriindəndir 

Novruz- xalqımızın milli bayramıdır

Səməni rəqsi

1A sinfinin Novruz şənliyi

Novruz 2025

Novruz bayramı xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənələri, milli ruhudur. Bu dəyərləri qorumaq hər birimizin borcudur. Məhz buna görə də hər il Novruz bayramını məktəb tədbirləri sırasına daxil edirəm. Uşaqların kiçik yaşından milli ruhda böyüməyinə nail olmaq üçün bu çox vacibdir. Şagirdlərim belə dərslərdə dilimizdə olan, amma nadir hallarda işlənən sözlərin mənasını öyrənir, adət-ənənələrimizə bələd olurlar. Novruz atributlarından olan səməninin necə cücərdilməsi, xonçanın necə hazırlanması, onların mənalarını da öyrənirlər. Hər çərşənbə yaxınlaşdıqca ona uyğun rəsmlər çəkir, adlarını öyrənir, bu mövzuda biliklərini artırırlar. 

19 mart 2025-ci il tarixində keçirilən “Novruz 2025” tədbirinə 1A sinfi böyük həvəslə hazırlaşmışdı. Bir gün əvvəl isə sinfin valideynlər qrupu xüsusi zövqlə dekorasiya hazırlayaraq bahar ətirli əsl Novruzu sinfə gətirmişdilər. Bayrama dəvət edilən Kosa və Keçəlin iştirakı tədbirin daha şən keçməsinə nail oldu. Bundan əlavə uşaqların sevimli cizgi filmi qəhrəmanları da sinfə dəvət edilmişdi. Sevimli personajları görən uşaqların sevincinin həddi-hüdudu yox idi. Şagirdlərim də tədbirə əliboş gəlməmişdi. Hər biri təqdimat hazırlayıb, rəsm çəkib gətirmişdilər. Onlar əvvəlcədən bilirdilər ki, müsabiqə elan olunmuşdur və qaliblər mükafatlandırılacaqlar. Novruza, ilk bahara aid şeirləri, hakıştaları, rəqsləri də gözəl təqdim etdilər. Mükafatları isə onlar üçün hazırladığım “ Novruz diplomları” oldu. Tədbirdə 102 nömrəli məktəbin direktoru İsmayılova Mailə xanım da iştirak edirdi. O, şagirdlərimin çıxışlarını yüksək dəyərləndirərək, onları bu bayram münasibətilə təbrik etdi və gələcək təhsillərində böyük uğurlar arzuladı. Sonda xatirə şəkilləri çəkildi.


Комментариев нет:

Отправить комментарий