Azərbaycan dili dərsində yeni mövzumuz: “ Biz azərbaycanlıyıq”
Bakı şəhəri M.X.Axundzadə adına 102 №li tam orta məktəbin ibtidai sinif müəllimi Şeyxzadə Dilşadın metodiki bloqu
Pages
- ƏSAS SƏHİFƏ
- "GÜNƏŞ" bloqumuz
- HEYDƏR ƏLİYEV VƏ UŞAQLAR
- Dərsdə istifadə olunan onlayn oyunlar
- "Danışan rəqəmlər"
- Mənim nailiyyətlərim
- Faydalı linklər
- "İşıqforun köməyi"
- 3-cü sinif üçün elektron resurs. Azərbaycan dili "İki gül"
- İnkişafetdirici çalışmalar və testlər
- Fiqurların sərgüzəşti
- Səkinənin inşası
- Ssenarilərim
- Uşaq mahnıları
- kid-mama.ru
- MUSIQI və YARADICILIQ
суббота, 22 октября 2022 г.
Üç və daha çox ədədin toplanması
St.1.3.2. 1000 dairəsində yazılı toplama və çıxmanı yerinə yetirir.
Mövzu: “ Üç və daha çox ədədin toplanması”
Təlim məqsədləri:
Üçrəqəmli ədədləri yeni onluq və yüzlük yaranan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.2)
Mövzuya yönəltmə. “Sən neçəsən?” oyunu. Müəllim şagirdlərə üzərində sadə üçtoplananlı ifadələr yazılmış kartlar paylayır. Oyunda kartların sayı qədər şagird iştirak edir. Kartların sayını çoxaltmaq da olar.
Oyunu kartın üzərində “180” ədədi yazılmış oyunçu başlayır. O deyir:
– Mən “180”-əm, “200 + 200 + 100” kimdir? Üzərində 500 yazılmış oyunçu cavab verir:
– “500” mənəm, “100 + 150 + 100” kimdir?
четверг, 20 октября 2022 г.
“Dünyamızı tanıyaq”
Azərbaycan dilindən yeni bölməyə keçdik. “Dünyamızı tanıyaq” bölməsində şagirdlərə müxtəlif xalqların mədəniyyətindən bəhs edən bədii və informativ mətnlər təqdim olunur. Mətnlərdə müxtəlif xalqların adət-ənənələri, məşhur tarixi abidələr, maraqlı şəhərlər haqqında məlumatlar verilir. Əsas məqsəd şagirdlərin dünyagörüşünü artırmaq, bu mövzulardan istifadə etməklə dinləmə, danışma, yazı bacarıqlarını inkişaf etdirmək və söz ehtiyatlarını zənginləşdirməkdir.
вторник, 27 сентября 2022 г.
27 Sentyabr Anım Günüdür
102 nömrəli məktəbin 3A sinfi ilə 27 Sentyabr Anım Günü ilə əlaqədar sinifdə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirdim. Sonra uşaqlar Binəqədi Rayon Mərkəzi Kitabxanasında qazilərlə görüşdə iştirak etdilər.
Şagirdlərimi vətənpərvərlik ruhunda böyütmək ən böyük vəzifəmdir.
вторник, 20 сентября 2022 г.
Sosial davranış, əxlaqi dəyərlərin təbliği
четверг, 15 сентября 2022 г.
Qarabağ Azərbaycandır!
15 sentyabr 2022-ci il yeni tədris ilində ilk dərs günümüz başladı. Əvvəlki təntənə, bayram əhvali-ruhiyyəsi olmasa da, yay tətilindən sonra yenidən məktəbə qayıtmaq üçün hamının darıxdığı hiss olunurdu.
Şagirdlərimi vətənpərvərlik ruhunda tərbiyə etmək bir müəllim kimi vəzifəm, bir vətəndaş kimi mənəvi borcumdur.





























