среда, 20 марта 2024 г.

Milli- mənəvi dəyərlərimizi qoruyaq

 19 mart 2024-cü il Novruz bayramı ərəfəsində sonuncu dərs günü idi. Həmin gün həm də İlaxır çərşənbə olan Torpaq çərşənbəsinə təsadüf edirdi. Buna görə 102 nömrəli məktəbin 4A sinif şagirdləri dərsə milli geyimdə gəlmişdilər. Cədvəl üzrə keçilən  dərslərdən sonra “ Novruz adətlərimiz” adlı sinif tədbirinin  keçirilməsi planlaşdırılmışdı. 

Uşaqlar özləri ilə bəzəkli xonçalar gətirmişdilər. Bir qrup uşaq dərsə gələn şagirdləri mahnı oxumaqla qarşılayır, təbrik edirdilər. Hamının əhvalı şən idi. 

Dərslər bitdikdən sonra uşaqlar sinifdəki partaları təqdimat formasında düzdülər. Partaların üstünü səməni və rəngarəng bayram xonçaları ilə bəzədilər. Tədbirimizi açıq elan edərək, onun məqsədi və mahiyyətini şagirdlərimə açıqladım. 

Qızlar qrupu şən musiqi sədaları altında milli rəqsə başladı. Ardınca bahara aid şeir və tapmaca deyən uşaqlar çıxış etdilər.  Novruz bayramında olan adət-ənənələrimiz də qeyd edildi. 

Sonra “Süleymani” rəqsi ilə Məhərrəmov Ümid çıxış etdi. Digər oğlanlar da ona qoşularaq rəqs etdilər.  Qasımova Rüqayya “ Uzundərə” rəqsini, Muradlı Zəhra milli rəqsi gözəl ifa etdilər. 

Bayram tədbiri davam edirdi. Uşaqlar “ Kosa-kosa” oyunu oynadılar. Kosa rolunda Hacı Səid çıxış etdi. 

Novruz adətlərinə görə İlaxır çərşənbədə papaq atırlar. Bizim uşaqlar da qonşu sinfə papaq atmağa qərar verdilər. Qonşu 2A sinfinin şagirdləri sinif rəhbəri Əliyeva Səmagül müəllimə ilə birgə xalqımızın adətinə uyğun olaraq papağımızı xonçalarında olan milli şirniyyatlarla doldurub bizə qaytardılar. Uşaqların sevincinin həddi - hüdudu yox idi.

Tədbirin ikinci hissəsində müsabiqələrə başladıq. Müsabiqə 3 nominasiya üzrə oldu: 

1. “ Ən gözəl xonça”

2. “ Ən gözəl rəsm”

3. “ Ən gözəl rəqs”

Bu müsabiqədə uşaqların hamısı iştirak etdi. Qalibləri də özləri müəyyən etdilər. Qalibləri təbrik etdik. Beləliklə, “Novruz adətlərimiz” adlı tədbirimiz yekunlaşdı. 

Xalqımızın qədim milli adət - ənənələrindən olan Novruz bayramı milli - mənəvi dəyərlərimizdən biridir. Onu digər dəyərlərimiz kimi qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.

Tədbirdən video və şəkillərə buradan baxa


















Комментариев нет:

Отправить комментарий