понедельник, 4 марта 2024 г.

“Yaşıl dünya naminə həmrəylik ili”ndə maraqlı tədbir

 Binəqədi rayon MKS-in əməkdaşları 102 nömrəli məktəbin şagirdləri ilə daim əlaqə saxlayır, maraqlı tədbirlər keçirirlər. Bizim 4A sinfi də fəallar sırasındadır. Kitabxanada keçirilən bu dəfəki tədbir ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “ Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar idi. 

4A sinif şagirdləri bu tədbirə ciddi hazırlaşmışdılar. Onlar təbiətə aid şeirlər öyrənmiş, rəsmlər çəkmişdılar. Bundan əlavə ağac tingləri və çiçəklər də hazırlamışdılar. Nəhayət, təyin olunmuş gün gəlib çatdı. Uşaqlar dərsdən sonra kitabxanaya getdilər. Kitabxana işçiləri həmişəki kimi bizi gülərüzlə qarşıladılar. Uşaq ədəbiyyatı üzrə bölmənin baş kitabxanaçısı Səidə xanım uşaqları bu ilin adının mahiyyəti haqqında ətraflı məlumat verdi. Sonra isə 4-cülər öyrəndikləri şeirləri və çəkdikləri rəsmləri  təqdim etdilər. M.Ə.Sabirin     “Ağacların bəhsi” şeirinin səhnəciyi də maraqlı təqdimatlardan biri oldu.  Ardı ilə baş kitabxanaçı Aygün xanım uşaqları əsas zala dəvət edərək tədbiri davam etdirdi. Burada ilk olaraq söz məktəbimizin gənc biologiya müəllimi Firəngiz Kərimliyə verildi. O, öz çıxışında ekologiyanın təmizliyinin , yaşıllıqların qorunmasının həyat üçün nə dərəcədə vacib olduğunu vurğuladı. Mövzu ilə əlaqədar maraqlı diskussiyalar, müzakirələr təşkil olundu. 

Nəhayət, tədbirin üçüncü, yekun hissəsində ağac əkmək üçün kitabxananın həyətinə çıxdıq. Burada xüsusi ayrılmış sahədə kitabxana işçiləri  uşaqlarla birlikdə körpə tingləri əkdilər. Uşaqların sevincinə səbəb olan bu inkişafetdirici tədbirə görə Binəqədi rayon MKS işçilərinə məktəb, müəllimlər və valideynlər adından təşəkkür edirik.

























Комментариев нет:

Отправить комментарий