воскресенье, 31 декабря 2017 г.

Oxuyub-anlama bacarıqlarının yoxlanılması

R. Yusifqızı” Tələtin sirri” .Oxuyub-anlama bacarıqlarının yoxlanılması.
Ş. adı/soyadı________________________________
1.       Əsas qəhrəmanın adı nədir?____________________________________
2.       O, haradan evə qayıtmışdı?_____________________________________
3.       Məktəbdən evə qayıdan Tələtin ən azı bir səhv və bir düz hərəkətini yazın.Səhv hərəkətləri:__________________________________________
_____________________________________________________________
Düz hərəkətləri:________________________________________________
_____________________________________________________________
4.       Tələt divanda yatanda dəftərləri sıraya düzən hansı idi?
A)     çanta                B) gündəlik                    C) “Riyaziyyat” kitabı
5.       Kitablar Tələti dövrəyə alıb nə etməyə başladılar?
A)     Tələtdən küsməyə        B) Tələtdən qaçmağa      C) Tələtdən şikayət etməyə
6.       Ən birinci hansı kitab şikayət etməyə başladı?
A)     “Riyaziyyat”          B) “Azərbaycan dili      C) “İnformatika”
7.       “İngilis dili” hansı sözlərlə şikayətə başladı?
A)     Hello            B) I am sorry         C) Good day
8.       Hansı kitab mübtədaxəbərdən danışırdı?__________________________________________________
9.       Hansı kitab “Həyat bilgisi”ndən əvvəl danışdı? _______________________________________________________
10.   17-ci səhifədə neçə uşaq şəkli var?______________________________
Onlardan neçəsi qız, neçəsi oğlandır?_____________________________
___________________________________________________________
11.   Kitabların hamısının eyni cür təkrar etdiyi sözləri yazın.
________________________________________________________________________________________________________________________________________________
12.   Tələtdən neçə dəftər şikayət etdi?
A)     2               B) 3               C)4
13.   25-ci səhifədə neçə peşə adı çəkilir?
A)     8             B) 9              C) 10
14.   Həmin səhifədə hansı peşələrin şəkli yoxdur?_______________________________
________________________________________________________________________
15.  Kitablar niyə Tələti tərk etmədilər?
A)     Onların Tələtə yazığı gəldiyi üçün     B) Tələt səhvini boynuna alıb üzr istədiyi üçün          C) Tələtə qarşı kin saxlamadıqları üçün
17. Tələt doğrudanmı səhvlərini düzəltdi? Buna ən azı iki fakt gətirin
1._____________________________________________________________________
2.______________________________________________________________________
18.  Hansı doğru deyil?
A) Hər misrada 7 heca var         B) Kitabın 32 səhifəsi var         C) Kitabın müəllifi Rafiq İsmayılovdur
19. Kitabları sevməyən, oxumayan uşaqlara müraciət edib nə deyərdiniz?
________________________________________________________________________________________________________________________________________________


пятница, 29 декабря 2017 г.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü

      Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 102 nömrəli məktəbin 2A sinfində "Günəş" divar qəzetinin ilk buraxılışı oldu. Qəzetdə" Xəbərlər," "Tədbirlər", "Elanlar" və "Məntiq" rubrikaları şagirdlərin marağına səbəb oldu. "Günəş" divar qəzeti
     Bayram münasibətilə sinifdə "Nağıllar aləmində" adlı ilk viktorina keçirildi. Qaliblər "Günəş" bloqunun diplomları ilə təltif olundular.2a sinfində viktorina
      

вторник, 26 декабря 2017 г.

Müsabiqə yekunlaşdı

        Bu da mənim uğurum!


                                                                                                    

"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİNDƏ

Bu gün "Elektron Təhsil" Respublika Müsabiqəsinin yekun mərhələsidir. Qaliblərin təltif olunması Təhsil Nazirliyində keçirilir. "İbtidai Təhsil" bloqum müsabiqənin yekun mərhələsinədək gəlib çatmışdır və deməli mən də qaliblər sırasındayam.Bir neçə dəqiqədən sonra təqdimat başlanacaq. İştirakçılar arasında həyəcanlanma hiss olunur. Hamıya uğurlar arzulayıram. Təşkilatçılara təşəkkür edirəm.

понедельник, 18 декабря 2017 г.

Cocuq Mərcanlıdakı şagirdlərim

Bu gün məktəbimizin layihəsi ilə əlaqədar növbəti səfərimiz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə oldu. İndi yoldayam və bu barədə təəssüratlarımı sizinlə bölüşürəm.
Bu gün Cocuq Mərcanlı kənd məktəbində boyük qürur hissi keçirdim. Bir tərəfdən sevinir, digər tərəfdən qəhər məni boğurdu. Dərs keçdiyim 2-ci sinifdə cəmi beş şagirdin olmasına baxmayaraq, onların məsum çöhrələrində, ağıllı baxışlarındakı oxumaq həvəsi mənə bir daha sübut etdi ki,  Azərbaycan xalqı vətənpərvər xalqdır. Mən əmin oldum ki, Cocuq Mərcanlı kəndinin bu kiçik sakinlərini parlaq gələcək gözləyir. Onlar artiq indidən seçdikləri sənətə mütləq nail olacaqlar. Mən bu ağıllı balalarla fəxr etdim.
Sizə uğurlar arzulayıram,  əziz Cocuq Mərcanlılar!
                                Təqdimetmə
 Fəal iştiraka görə Fəxri Fərmanla təltif olundular.

воскресенье, 17 декабря 2017 г.

2-ci sinif Azərbaycan dili" Şir və siçan". Dərsin icmalı

Fənn: Azərbaycan dili  2-ci sinif
Mövzu: Şir və siçan
Məzmun standartları: 2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur.
4.1.5. Sözləri qrammatik mənasına görə qruplaşdırır.
Təlim məqsədləri:
Ø Mətni düzgün, sürətli, şüurlu oxuyaraq məlumatları araşdırır.
Ø Mətnin hissələrini adlandırır, məzmununa uyğun plan tutur.
Ø Əlamət bildirən sözləri fərqləndirir.
İş forması: kiçik qruplarla
İş üsulu: Əqli hücum, müzakirə, Venn diaqramı
Resurslar: Azərbaycan dili dərsliyi, iş vərəqləri, PP təqdimatı, internet resursu youtube.com-dan
                      Motivasiya
-Yaxşılıq sözünü necə başa düşürsünüz?
-“Yaxşılıq elə, yerdə qalmaz” atalar sözünü necə izah edə bilərsiniz?
Tədqiqat sualı:  - Təmənnasız yaxşılıq nə deməkdir?
Tədqiqatın aparılması. Qruplarla iş.
Şagirdlər A, B, C, Ç, D qruplarına bölünürlər. Onların hər birinə mətnin nömrələnmiş hissələri (5 hissə) və mətnə uyğun bir şəkil verilir. Tapşırıqlar:
   1)Mətnin verilmiş hissələrini oxumaq
1      2)Şəklin  hansı hissəyə aid olduğunu müəyyənləşdirmək 
       3) Həmin hissəni adlandırmaq 
       4) Müəyyən edimiş mətn hissəsini şəklə yapışdırmaq


Formativ qiymətləndirmə meyarları
ü  Mətni düzgün, sürətli, şüurlu oxuyaraq məlumatları araşdırma.
ü  Mətnin hissələrini adlandıraraq məzmununa uyğun plan tutma.
ü  Əlamət bildirən sözləri fərqləndirmə.
 
 




Məlumatın mübadiləsi və müzakirənin təşkili.
Qrupların spikerləri mətndəki ardıcıllıqla düzülür. Qrupların mətnə görə düzülmə ardıcıllığı belə olur: 2, 4, 1, 3, 5.
Birincidən başlayıb ardıcıllıqla oxuyurlar. Qrupların təqdimatı dinlənilir və müzakirə olunur.
Nəticə: Yaxşılıq təmənnasız olmalıdır. Ən zəif varlıq da yaxşılıq edə bilər.
Nümunəvi oxu üçün youtube.com kanalından “Şir və siçan” multimedia təqdimatı nümayiş etdirilir.  Şir və siçan (S.Hüseynova)
Şüurlu oxunun yoxlanılması məqsədilə dərslikdəki 1-ci tapşırıq smayliklərlə yerinə yetirilir.
Tətbiqetmə. 1)Şir və siçanı əlamət bildirən sözlərdən istifadə edərək müqayisəli şəkildə təsvir edin. 

 2) Mətnin birinci cümləsində əlamət bildirən sözü tapın. Bu sözə yaxınmənalı və əksmənalı sözlər deyin.
Ev tapşırığı. Yaxşılıq və pislik haqqında atalar sözləri tapıb yazın və öyrənin.
İstifadə edilən ədəbiyyat: Azərbaycan dili 2 dərsliyi, MMV

Digər internet resurslar: 
Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Meyar/qrup
A QRUPU
B QRUPU
C QRUPU
Ç QRUPU
D QRUPU
TƏDQİQETMƏ
DİSKUSSİYA
ƏMƏKDAŞLIQ
TƏQDİMETMƏ
TƏTBİQETMƏ



среда, 13 декабря 2017 г.

ŞAMAXI RAYONU ƏNGƏXARAN KƏND TAM ORTA MƏKTƏBİNDƏ

ŞAMAXI RAYONU ƏNGƏXARAN KƏND TAM ORTA MƏKTƏBİNDƏ

"Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru" qrant layihəsi  çərçivəsində növbəti səfər Şamaxı rayonu Sabir Əhmədov adına Əngəxaran kənd tam orta məktəbinə edildi.
Məktəblə tanışlıqdan sonra şagirdlərə yeni təlim texnologiyaları əsasında qurulmuş nümunəvi dərs modelleri təqdim olundu, . Mərkəzi məktəblərin şagirdləri də dərslərdə iştirak edərək qarşılşqlı dostluq əlaqələri yaratdılar. Mərkəzi və əyalət müəllimlərinin qarşılıqlı dərsləri dinlənildi. Məktəbin müəllimlərinə “ Müasir dərs necə olmalıdır”, ”Qiymətləndirmə” mövzularında təlim keçirildi. “Dəyirmi masa”da müəllimlər keçilən dərsləri müzakirə edərək təcrübə mübadiləsi apardılar
Layihə çərçivəsində görülən işlərin, edilən səfərlərin təqdimatı keçirildi. Təlim və dərslərdən sonra əməkdaş məktəblərin şagird və müəllimlərinin "Şamaxı" rəsədxanasına və "Dəmirçi" kəndinə ekskursiyası təşkil olundu. Burada şagirdlər ilk qar sevincini yaşadılar, Dəmirci kəndində olan " Etnoqrafiya " muzeyi,
" Dəmirçi " emalatxanası  və " Dəmirçi "kənd məscidi ilə tanış oldular.
Layihə iştirakçıları Şamaxı rayon Əngəxaran kənd məktəbindən çox böyük məmnunluq hissi ilə ayrıldılar.

понедельник, 11 декабря 2017 г.

Dil qaydaları 4.1.2. Dərsin icmalı

Dəyərli həmkarlarım, təqdim etdiyim  dərsin icmalını sizinlə paylaşıram. 

Fənn: Azərbaycan dili. Dil qaydaları.
Mövzu: Ad bildirən sözlərin böyük hərflə yazılışı
Məzmun st.: 4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları məqamına uyğun istifadə edir.
Təlim məqsədi: Sözlərin böyük hərflə yazılışına dair qaydaları yazıda tətbiq edir.
İş forması: Kiçik qruplar
İş üsulu: Əqli hücum, müzakirə, Venn diaqramı, Klaster
Resurslar: Azərbaycan dili dərsliyi, iş vərəqləri, PP təqdimatı, didaktik multimediya oyunu

                           MOTİVASİYA:
Hərflər arasında
Birdən bir  hərf böyüdü ,
Adi bir hərf böyüyüb,
 Hamıdan uca oldu.
Elə bilirsiniz ki,
 Bunu özü istədi?
Hərflərdən seçilməkçin
 O məsul bir işdədir!
Sözün lap əvvəlində
 Başdakı bu böyük hərf
Diqqəti çəkmək üçün  
Hamıdan əvvəldədir.
Adları, soyadları 
Onunla başlayırlar,
Hamıya bildirməkçün
 Belə hərflə yazırlar.
                                    (D. Şeyxzadə)
Sual: - Uşaqlar,necə bilirsiniz, biz bu dərsdə nədən danışacağıq?
-         - Bəli, doğrudan da biz sizinlə bu dərsdə böyük hərflə başlayan sözlərdən danışacağıq.
-         - Bizim bu dərsdə daha nəyi öyrənəcəyimizi fərz edin.
-         -  Biz artıq hansı qaydaları bilirik? 

-         Aşağıdakı cümlələrdə təkrar olunan sözləri tapın və yazılışına diqqət edin.
1)    Anam Nərgiz xala ilə rəfiqədir.
Rəfiqəmin ad gününə bir dəstə nərgiz aldım.
2)    Mənim ən çox sevdiyim bayram yaxınlaşır.
Bu gün Bayram riyaziyyatdan “5” aldı.
Tədqiqat sualı:
-         Nə üçün eyni sözlər cümlələrdə bəzən kiçik, bəzən də böyük hərflə yazılır?
-         Sözü nə zaman böyük hərflə yazırıq?
Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup:
1. Verilmiş adlar arasında elələrini tapın ki, onları cümlələrdə başqa mənada kiçik hərflə yazmaq mümkün olsun. Həmin sözlərin altından xətt çəkin.
Kazım, Manisə, Arif, Aydın, Bənövşə, Səmayə, Samir, Süleyman, Ulduz

2. Heyvanlara ad verin. Onlar niyə böyük hərflə yazılır?
inək _________________________________________
at___________________________________________
it____________________________________________
pişik__________________________________________

II qrup:
1.     Elə gül adları yazın ki, onlar həm də adam adları olsun. Onları hansı hərflə yazacaqsınız? ( Ən azı 3 ad yazın)
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
2. Verilmiş sözlərdən neçəsi kiçik hərflə yazılmalıdır? Həmin sözlərin altından xətt çəkin və aşagıda düzgün yazın
Xəzər, Qanad,  Qələm,  Aslan,  May, Payız,  Rəşad, Eyvan,  Şəhər,  Metro, Maşın, Kür, Məstan, Kirpi
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________






III qrup:
1.     Verilmiş sözlərdən neçəsi həmişə böyük hərflə yazılmalıdır? Həmin sözləri seçib böyük hərflə yazın.
bənövşə,  ana, laçın, şuşa, ceyran, kitab, gürcüstan, lənkəran, şamaxı, düşmən
_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
2.     Hər bir sözün qarşısında uyğun gələn xüsusi adlar yazın. 

insan____________________________________________________
şəhər____________________________________________________
dəniz____________________________________________________
heyvan___________________________________________________
çay______________________________________________________

IV  qrup:
1.     Böyük hərflə yazılan neçə söz səhv yazılıb, Onları düzgün  yazın.
Araz, aysel, qonaq, ağdam, babadağ, göygöl, Kür, Şəki
_________________________________________________________________________________________________________________________________________________________________________________
2.     Xüsusi adları əlavə etməklə cümlələri tamamlayın.
_________________çayı Azərbaycanın ən uzun çayıdır.
                _______________sinfimizin əlaçı şagirdlərindəndir.
               Mənim itimin adı _____________________________
               Biz ailəmizlə birlikdə _________________________dincəldik.
             Dünyada ən böyük göl_________________________dənizidir.
Azərbaycanda uca dağlardan biri _______________________





V qrup:

1. Verilmiş adlar arasında elələrini tapın ki, onları cümlələrdə başqa mənada kiçik hərflə yazmaq mümkün olsun. Həmin sözlərin altından xətt çəkin.
Musa, Günel, Qızılgül, Şamama, İnci, Samir, Qərənfil, Şəfəq

2. Heyvanlara ad verin. Onlar niyə böyük hərflə yazılır?
inək _________________________________________
at___________________________________________
it____________________________________________
pişik__________________________________________


Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə olunur.
Dərsliklə iş. Dərsliyin 75-ci səhifəsindəki nəzəri hissə oxunur, izah olunur.

QAYDALAR AD BİLDİRƏN BƏZİ SÖZLƏRİN BÖYÜK HƏRFLƏ YAZILIŞI
Ad bildirən elə sözlər var ki, həmişə böyük hərflə yazılır. Belə sözlər konkret varlıq (insan, yer və s.) adı bildirir.
Məsələn, şəhər sözü kiçik hərflə yazılır, çünki dünyada şəhərlər çoxdur. Lakin Gəncə sözü böyük hərflə yazılır, çünki bu adı dedikdə konkret bir şəhər nəzərdə tutulur.

Dərsliyin 75-ci səhifəsindəki 6, 7, 8 –ci tapşırıqlar müzakirə edilir və yerinə yetirilir.
Nəticə:
Cümlənin əvvəlində gələn sözlər, insan adları, soyadlar, yer ( şəhər, dağ, dəniz, və s.) adları, eləcə də heyvanlara verilən adlar böyük hərflə yazılır.













Tətbiqetmə:  Şagirdlərə kiçikhəcmli imla mətni diktə edilir. Mətndə xüsusi adların altından xətt çəkmək tapşırılır.
Vətənimiz Azərbaycandır. Onun paytaxtı Bakı şəhəridir. Azərbaycanın Babadağ, Şahdağ kimi uca dağları, Kür, Araz kimi bol sulu çayları, Göygöl, Maralgöl kimi gözəl gölləri var.

Tətbiqetmə mərhələsində onlayn internet resurslarlarından da istifadə etmək olar.

Ümumi və xüsusi adlar   (onlayn oyun)
Ev tapşırığı: Həm böyük, həm də kiçik hərflə yazılan 5 sözü hər iki halda cümlədə işlədin.
Qiymətləndirmə. Təqdimata, diskussiyaya, və tətbiqetmənin nəticələrinə əsasən dərsboyu aparılır.
Qrup işinin qiymətləndirmə cədvəli
Qruplar/Meyarlar
I
II
III
IV
V
TƏDQİQETMƏ





DİSKUSSİYA





TƏQDİMETMƏ





ƏMƏKDAŞLIQ






Qiymətləndirmə meyarları:

ØSözlərin böyük hərflə yazılışına dair qaydaları yazıda tətbiq edir.

ØYer adları, ad və soyadları, heyvanlara verilən xüsusi adları böyük hərflə yazır.


İstifadə oluna ədəbiyyat: Müəllim üçün metodiki vəsait, İbtidai siniflər üçün qiymətləndirmə vəsaitləri, Azərbaycan dili 2-ci sinif üçün dərslik. Motivasiya üçün şeir rus dilindən tərcümədir.