понедельник, 11 декабря 2017 г.

Dil qaydaları 4.1.2. Dərsin icmalı

Dəyərli həmkarlarım, təqdim etdiyim  dərsin icmalını sizinlə paylaşıram. 

Fənn: Azərbaycan dili. Dil qaydaları.
Mövzu: Ad bildirən sözlərin böyük hərflə yazılışı
Məzmun st.: 4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları məqamına uyğun istifadə edir.
Təlim məqsədi: Sözlərin böyük hərflə yazılışına dair qaydaları yazıda tətbiq edir.
İş forması: Kiçik qruplar
İş üsulu: Əqli hücum, müzakirə, Venn diaqramı, Klaster
Resurslar: Azərbaycan dili dərsliyi, iş vərəqləri, PP təqdimatı, didaktik multimediya oyunu

                           MOTİVASİYA:
Hərflər arasında
Birdən bir  hərf böyüdü ,
Adi bir hərf böyüyüb,
 Hamıdan uca oldu.
Elə bilirsiniz ki,
 Bunu özü istədi?
Hərflərdən seçilməkçin
 O məsul bir işdədir!
Sözün lap əvvəlində
 Başdakı bu böyük hərf
Diqqəti çəkmək üçün  
Hamıdan əvvəldədir.
Adları, soyadları 
Onunla başlayırlar,
Hamıya bildirməkçün
 Belə hərflə yazırlar.
                                    (D. Şeyxzadə)
Sual: - Uşaqlar,necə bilirsiniz, biz bu dərsdə nədən danışacağıq?
-         - Bəli, doğrudan da biz sizinlə bu dərsdə böyük hərflə başlayan sözlərdən danışacağıq.
-         - Bizim bu dərsdə daha nəyi öyrənəcəyimizi fərz edin.
-         -  Biz artıq hansı qaydaları bilirik? 

-         Aşağıdakı cümlələrdə təkrar olunan sözləri tapın və yazılışına diqqət edin.
1)    Anam Nərgiz xala ilə rəfiqədir.
Rəfiqəmin ad gününə bir dəstə nərgiz aldım.
2)    Mənim ən çox sevdiyim bayram yaxınlaşır.
Bu gün Bayram riyaziyyatdan “5” aldı.
Tədqiqat sualı:
-         Nə üçün eyni sözlər cümlələrdə bəzən kiçik, bəzən də böyük hərflə yazılır?
-         Sözü nə zaman böyük hərflə yazırıq?
Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup:
1. Verilmiş adlar arasında elələrini tapın ki, onları cümlələrdə başqa mənada kiçik hərflə yazmaq mümkün olsun. Həmin sözlərin altından xətt çəkin.
Kazım, Manisə, Arif, Aydın, Bənövşə, Səmayə, Samir, Süleyman, Ulduz

2. Heyvanlara ad verin. Onlar niyə böyük hərflə yazılır?
inək _________________________________________
at___________________________________________
it____________________________________________
pişik__________________________________________

II qrup:
1.     Elə gül adları yazın ki, onlar həm də adam adları olsun. Onları hansı hərflə yazacaqsınız? ( Ən azı 3 ad yazın)
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
2. Verilmiş sözlərdən neçəsi kiçik hərflə yazılmalıdır? Həmin sözlərin altından xətt çəkin və aşagıda düzgün yazın
Xəzər, Qanad,  Qələm,  Aslan,  May, Payız,  Rəşad, Eyvan,  Şəhər,  Metro, Maşın, Kür, Məstan, Kirpi
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________






III qrup:
1.     Verilmiş sözlərdən neçəsi həmişə böyük hərflə yazılmalıdır? Həmin sözləri seçib böyük hərflə yazın.
bənövşə,  ana, laçın, şuşa, ceyran, kitab, gürcüstan, lənkəran, şamaxı, düşmən
_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
2.     Hər bir sözün qarşısında uyğun gələn xüsusi adlar yazın. 

insan____________________________________________________
şəhər____________________________________________________
dəniz____________________________________________________
heyvan___________________________________________________
çay______________________________________________________

IV  qrup:
1.     Böyük hərflə yazılan neçə söz səhv yazılıb, Onları düzgün  yazın.
Araz, aysel, qonaq, ağdam, babadağ, göygöl, Kür, Şəki
_________________________________________________________________________________________________________________________________________________________________________________
2.     Xüsusi adları əlavə etməklə cümlələri tamamlayın.
_________________çayı Azərbaycanın ən uzun çayıdır.
                _______________sinfimizin əlaçı şagirdlərindəndir.
               Mənim itimin adı _____________________________
               Biz ailəmizlə birlikdə _________________________dincəldik.
             Dünyada ən böyük göl_________________________dənizidir.
Azərbaycanda uca dağlardan biri _______________________





V qrup:

1. Verilmiş adlar arasında elələrini tapın ki, onları cümlələrdə başqa mənada kiçik hərflə yazmaq mümkün olsun. Həmin sözlərin altından xətt çəkin.
Musa, Günel, Qızılgül, Şamama, İnci, Samir, Qərənfil, Şəfəq

2. Heyvanlara ad verin. Onlar niyə böyük hərflə yazılır?
inək _________________________________________
at___________________________________________
it____________________________________________
pişik__________________________________________


Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə olunur.
Dərsliklə iş. Dərsliyin 75-ci səhifəsindəki nəzəri hissə oxunur, izah olunur.

QAYDALAR AD BİLDİRƏN BƏZİ SÖZLƏRİN BÖYÜK HƏRFLƏ YAZILIŞI
Ad bildirən elə sözlər var ki, həmişə böyük hərflə yazılır. Belə sözlər konkret varlıq (insan, yer və s.) adı bildirir.
Məsələn, şəhər sözü kiçik hərflə yazılır, çünki dünyada şəhərlər çoxdur. Lakin Gəncə sözü böyük hərflə yazılır, çünki bu adı dedikdə konkret bir şəhər nəzərdə tutulur.

Dərsliyin 75-ci səhifəsindəki 6, 7, 8 –ci tapşırıqlar müzakirə edilir və yerinə yetirilir.
Nəticə:
Cümlənin əvvəlində gələn sözlər, insan adları, soyadlar, yer ( şəhər, dağ, dəniz, və s.) adları, eləcə də heyvanlara verilən adlar böyük hərflə yazılır.













Tətbiqetmə:  Şagirdlərə kiçikhəcmli imla mətni diktə edilir. Mətndə xüsusi adların altından xətt çəkmək tapşırılır.
Vətənimiz Azərbaycandır. Onun paytaxtı Bakı şəhəridir. Azərbaycanın Babadağ, Şahdağ kimi uca dağları, Kür, Araz kimi bol sulu çayları, Göygöl, Maralgöl kimi gözəl gölləri var.

Tətbiqetmə mərhələsində onlayn internet resurslarlarından da istifadə etmək olar.

Ümumi və xüsusi adlar   (onlayn oyun)
Ev tapşırığı: Həm böyük, həm də kiçik hərflə yazılan 5 sözü hər iki halda cümlədə işlədin.
Qiymətləndirmə. Təqdimata, diskussiyaya, və tətbiqetmənin nəticələrinə əsasən dərsboyu aparılır.
Qrup işinin qiymətləndirmə cədvəli
Qruplar/Meyarlar
I
II
III
IV
V
TƏDQİQETMƏ





DİSKUSSİYA





TƏQDİMETMƏ





ƏMƏKDAŞLIQ






Qiymətləndirmə meyarları:

ØSözlərin böyük hərflə yazılışına dair qaydaları yazıda tətbiq edir.

ØYer adları, ad və soyadları, heyvanlara verilən xüsusi adları böyük hərflə yazır.


İstifadə oluna ədəbiyyat: Müəllim üçün metodiki vəsait, İbtidai siniflər üçün qiymətləndirmə vəsaitləri, Azərbaycan dili 2-ci sinif üçün dərslik. Motivasiya üçün şeir rus dilindən tərcümədir.

Комментариев нет:

Отправить комментарий