суббота, 2 декабря 2017 г.

MƏRKƏZİ VƏ ƏYALƏT MƏKTƏBLƏRİNİN ƏMƏKDAŞLIĞI: LƏNKƏRAN ŞƏHƏR 6 NÖMRƏLİ MƏKTƏB-LİSEYDƏ


MƏRKƏZİ VƏ ƏYALƏT MƏKTƏBLƏRİNİN ƏMƏKDAŞLIĞI: LƏNKƏRAN ŞƏHƏR 6 NÖMRƏLİ MƏKTƏB-LİSEYDƏ
         29.11.2017-ci il tarixdə "Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru" qrant layihə çərçivəsində  Bakı şəhəri Binəqədi rayonu M.X. Axundzadə adına 102, Sabunçu rayonu 67, Nərimanov rayonu Pişəvari adına Hümanitar Gimnaziya, Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəblərinin müəllim və şagird heyəti Lənkəran şəhərinə 2 günlük səfər edrək Lənkəran şəhər 6 nömrəli məktəb - liseydə oldular.  Məktəb-lisey kollektivi tərəfindən yüksək səviyyədə qarşılanan nümayəndə heyəti məktəblə tanışlıqdan sonra qarşılıqlı dərslər dinlədilər, şagirdlərə müasir təlim metod və texnologiyaları əsasında nümunəvi dərslər keçdilər.                              Müəllimlərə "Təhsilin inkişafında məktəblərarası əməkdaşlığın rolu", "Şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə təsir edən amillər", "Müasir təhsil və onun problemləri" "Müasir dərs necə olmalıdır?" mövzularında təlimlər keçirildi. Sonra "Dəyirmi masa" ətafında  məktəblərarası əməkdaşlığın təhsilin inkişafına verəcəyi töhfələr haqqında diskussiyalar aparıldı, layihənin məqsəd və vəzifələrindən danışılaraq əhəmiyyəti qeyd edildi.                                                                                                                                                                                                   Sonda Lənkəran şəhərinin maddi-mədəni abidələrinə ekskursiya təşkil olundu. Bu qarşılıqlı ünsiyyətdən razı qalan müəllim və şagirdlər böyük məmnunluq hissi  ilə layihə rəhbərinə minnətdarlıqlarını bildirdilər.






Комментариев нет:

Отправить комментарий