Fənn: Azərbaycan dili
2-ci sinif
Mövzu: Şir və siçan
Məzmun standartları: 2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tələblərə
uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.
2.2.3. Mətnin hissələrinə
başlıqlar verməklə məzmununa aid sadə plan tutur.
4.1.5. Sözləri qrammatik mənasına
görə qruplaşdırır.
Təlim məqsədləri:
Ø Mətni düzgün, sürətli, şüurlu oxuyaraq məlumatları
araşdırır.
Ø Mətnin hissələrini adlandırır, məzmununa uyğun plan
tutur.
Ø Əlamət bildirən sözləri fərqləndirir.
İş forması: kiçik qruplarla
İş üsulu: Əqli hücum, müzakirə, Venn diaqramı
Resurslar: Azərbaycan dili dərsliyi, iş vərəqləri, PP təqdimatı,
internet resursu youtube.com-dan
Motivasiya
-Yaxşılıq sözünü necə başa
düşürsünüz?
-“Yaxşılıq elə, yerdə
qalmaz” atalar sözünü necə izah edə bilərsiniz?
Tədqiqat sualı: - Təmənnasız
yaxşılıq nə deməkdir?
Tədqiqatın
aparılması. Qruplarla iş.
Şagirdlər A, B, C, Ç, D
qruplarına bölünürlər. Onların hər birinə mətnin nömrələnmiş hissələri (5 hissə) və mətnə
uyğun bir şəkil verilir. Tapşırıqlar:
1)Mətnin verilmiş hissələrini oxumaq
1 2)Şəklin hansı
hissəyə aid olduğunu müəyyənləşdirmək
3) Həmin hissəni adlandırmaq
4) Müəyyən edimiş mətn hissəsini şəklə yapışdırmaq
|
Məlumatın mübadiləsi
və müzakirənin təşkili.
Qrupların spikerləri mətndəki
ardıcıllıqla düzülür. Qrupların mətnə görə düzülmə ardıcıllığı belə olur: 2, 4,
1, 3, 5.
Birincidən başlayıb
ardıcıllıqla oxuyurlar. Qrupların təqdimatı dinlənilir və müzakirə olunur.
Nəticə: Yaxşılıq təmənnasız olmalıdır. Ən zəif
varlıq da yaxşılıq edə bilər.
Nümunəvi oxu üçün youtube.com kanalından “Şir və siçan”
multimedia təqdimatı nümayiş etdirilir. Şir və siçan (S.Hüseynova)
Şüurlu oxunun yoxlanılması məqsədilə dərslikdəki 1-ci tapşırıq smayliklərlə yerinə
yetirilir.
Tətbiqetmə. 1)Şir və siçanı əlamət bildirən sözlərdən
istifadə edərək müqayisəli şəkildə təsvir edin.
2) Mətnin birinci cümləsində
əlamət bildirən sözü tapın. Bu sözə yaxınmənalı və əksmənalı sözlər deyin.
Ev tapşırığı. Yaxşılıq və pislik haqqında atalar sözləri
tapıb yazın və öyrənin.
İstifadə edilən ədəbiyyat:
Azərbaycan dili 2 dərsliyi, MMV
Digər internet
resurslar:
Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə
əsasən aparılır.
Meyar/qrup
|
A QRUPU
|
B QRUPU
|
C QRUPU
|
Ç QRUPU
|
D QRUPU
|
TƏDQİQETMƏ
|
|||||
DİSKUSSİYA
|
|||||
ƏMƏKDAŞLIQ
|
|||||
TƏQDİMETMƏ
|
|||||
TƏTBİQETMƏ
|
Комментариев нет:
Отправить комментарий